Çərşənbə günü, 2024-04-24, 10:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-24, 7:30 AM

Nə üçün şiələr üzləri qibləyə olan halda yalnız bir dəfə salam deyir, amma sünnət əhli üzünü sağa və sola çevirməklə iki salam oxuyurlar?


Cavab: Şiə fiqhinə görə, namaz qılan hətta namazın salamında üzünü qiblədən döndərməməlidir və döndərərsə, namaz batil olar. Amma sünnilər öz kitablarındakı rəvayətə əsaslanaraq, namazın salamında üzü sağa və sola çevirməyi müstəhəb hesab edirlər.("Sehihe-Muslim" mescid kitabi 582)
Sünnə əhlinin bəziləri bir salamı kifayət hesab etsələr də, əksəri iki salamı vacib bilir. Hətta bir salam verilərkən namazı batil hesab edirlər.("Tohvetul-ixvan" Ban. Baz seh. 112)
Bəli, əgər onların namazı başqa cəhətdən batil deyilsə də, bilərəkdən namazda qiblədən çıxmaq namazın batil olması üçün kifayət edir. Peyğəmbər (s) Əhli-beytindən üz döndərməyin nəticəsi budur.
Şiə fiqhində buyurulur ki, namaz qılan "əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” deyərkən qiblədən çıxmamaq şərti ilə gözü və ya qaşı ilə sağ tərəfə işarə edərək salam versin. Eləcə də, camaat namazında iqtida edənin solunda başqa iqtida edən olarsa həmin şəkildə sol tərəfə işarə ilə salam verilir. İkinci salam pişnamaz üçün müstəhəb deyil. Vacib ehtiyata görə sağa və sola salam verərkən məqsəd bu olmamalıdır ki, kiməsə salam verilir. Tək namaz qılan şəxs qəlbindən keçirə bilər ki, əməl yazan iki mələyə salam verir. Camaat namazında pişnamaz iki mələk və iqtida edənlərə, iqtida edən isə pişnamaz və iqtida edənlərə salam verdiyini qəlbindən keçirə bilər.("Urvetul-vusqa" mes.5-6)

Müəllif: Əli Ətai İsfəhani

Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 742 | Downloads: 0 | Comments: 2 | Rating: 4.0/1
Total comments: 2
0  
2 Ənfal   (2012-10-26 11:21 PM) [Daxil et]
Aleykum salam. əslində diqqəytlə fikir verdikdə namazlar eynidir. Sadəcə aralarında elə bir böyük fərqdə yoxdur. Onlar salamı namazları ortasında verir. Şiə məzhəbinə əsasən salamlar üzü qiblərə verilir. Çünki axırda salamlarda Peyğəmbərə (s) aid olduğuna görə salam mələyə verilmir. çünki salamda
Birinci salam: "Ey Peyğəmbər! Salam olsun sənə və Allahın rəhməti və bərəkəti".

İkinci salam: "Aləmin Rəbbindən biz namaz qılanlara və onun yaxşı bəndələrinə salam olsun".

Üçüncü salam: "Allahın salamı, rəhməti və bərəkəti siz mönimlərə olsun".
Burda sağa və sola verməyə heç bir ehtiyac yoxdur. Namazdan sonra istəyirsən sağa salam ver istəyirsən sola.
Amma sünnü mezhəbində bu məsələni namaza dqaxil edibler.

0  
1 GADİR   (2012-10-25 10:45 PM) [Daxil et]
Salam Aleykum
Qur`ani Kərimdə buna aid ayə varmi ya işarə? Bəzən belə hallara rast gələndə dəlil və sübut tələb edilir,dialoq radikallaşanda Qur`andan subut....
məndə bu əməli giblədən dönüşkimi gəbul edirəm, lakin .... ?
Allah razi olsun Salam Aleykum.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]