Şənbə günü, 2024-04-20, 4:53 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-23, 7:49 AM
 Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?

Cavab: Quranda buyurulur: "Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.” ("Əhzab” surəsi, ayə 56) Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mötəbər kitablarından olan "Səhihe Müslimdə” nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: "Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.” ("Səhihe Müslim”, namaz kitabı, s. 198)
Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır.
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 586 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]