Cümə günü, 2024-04-19, 2:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:12 AM
Sual : Nə üçün Bəqi qəbristanlığından bayırda şiələrin namaz qılması etiraza səbəb olur?

Cavab: Sünni məzhəbi alimlərindən bəziləri qəbir kənarında namaz qılınmasını bidət sayır, onun şirkə apardığını bildirirlər.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68.) Güman ki, onlar şiələrin Bəqi ətrafında qıldıqları namazı da qəbir kənarındakı namaz kimi qiymətləndirirlər. Hətta İbn Bazın fətvasına görə, qəbir olan məsciddə namaz qılmaq düzgün deyil.("Töhfətul-ixvan”, Ben Baz, s. 14 və 68) O deyir ki, qəbir kənarında namaz qılan adama mane olmaq lazımdır. Maraqlıdır ki, Məscidül-həram və Məscidün-nəbidə xeyli qəbir olduğu halda, nə üçün həmin yerlərdə namaz qılmaq haram edilməyib? Görən neçə illər Məscidün-nəbidə Peyğəmbərin (s) və başqa iki şəxsin qəbri kənarında namaz qılmış Aişə haqqında nə düşünürlər?
Yaxşı olar ki, bütün deyilənləri nəzərə alaraq, əziz möminlər yersiz ittihamlara səbəb olmamaq üçün namazlarını Məscidün-nəbidə qılsınlar. Məscidün-nəbidə qılınan namaz kənarda qılınan on min namaza bərabərdir.
İKİ YADDAŞ
1.Sünnə əhli iddia edir ki, günün müəyyən saatlarında namaz qılmaq olmaz. Guya, sübh namazından günəş doğanadək və ikindi namazından gün batanadək namaz qılmaq nəhy (qadağan) olunub. Bəqi kənarında həmin vaxtlarda namaz qılanlar həm də bu cəhətdən ittiham edilə bilərlər. Əhli-beyt aşiqləri diqqətli olmalı, öz hərəkətləri ilə Əhli-beyti (ə) qınaq altda qoymamalıdırlar. Ümumiyyətlə, harada və nə vaxt namaz qılmaq barədə alimlərə müraciət etmək lazımdır.
2.Bəzi şiələr Məscidün-nəbidə camaat namazını bitirən kimi öz sübh namazlarını qılmağa başlayırlar. Sübh namazından sonra gün doğanadək namaz qılınmasını caiz saymayan sünnə əhli bu işə pis baxır. Ona görə də ehtiyat üçün sübh namazını təzələmək istəyənlər bu işi camaat namazından qabaq görməlidirlər. Belə olsa bədgümançılıqlar da aradan qalxar. Əlbəttə ki, deyilənlər camaat namazı bitdikdən sonra məscidə daxil olanlara aid deyil.


Sual : Nə üçün şiələr Əbu-Bəkrə qarşı biganə olduğu halda, sünnilər onu sevir, hətta xütbə oxuyarkən onu ağlayaraq yad edirlər?
Cavab: Şiələrin Əbu-Bəkrə biganə münasibətini əsaslandırmaq üçün sünnilərin iki mötəbər kitabı olan "Səhihe Müslim” və "Səhihe Buxari”yə müraciət edirik:
"Həzrət Peyğəmbər (s) buyurdu: Fatimə (s) mənim tənimin yarısıdır, onu qəzəbləndirən kəs məni qəzəbləndirmiş olur.”("Səhihe Buxari”, fəsil 12, s.626, hədis 3714.)
Başqa bir hədisdə buyurulur: "Aişə deyir ki, Peyğəmbərin (s) vəfatından sonra Fatimə Əbu-Bəkrdən Peyğəmbərdən qalanları irs istədi. Əbu-Bəkr dedi ki, Peyğəmbər (s) "bizdən kimsə irs aparmaz və bizdən nə qalsa, sədəqədir”, buyurub. Əbu-Bəkrin sözləri Fatiməni qəzəbləndirdi və o Əbu-Bəkri tərk etdi, həyatı boyu onunla danışmadı. Fatimə Peyğəmbərdən (s) sonra altı ay yaşadı.("Fərzul-xums”, s. 512, hədis 3092 və 3093.)
"Səhihe-Müslim”də nəql olunur ki, həzrət Peyğəmbər (s) minbərdən buyurdu: "Mənim qızım tənimin yarısıdır. Onu narahat edən məni narahat edir, Fatiməni incidən məni incidir.("Səhihe-Müslim”, s. 1056, hədis 2449.)
Sual olunur ki, Fatimənin sözünü rədd etməkdən böyük əziyyət nədir? Fatimə öz iddiasının sübutu üçün şahid gətirməyə məcbur edilir, şahid gətirdikdə isə yenə də inkar olunur.("Səhihe-Buxari”, s. 626, hədis 3712.) Aişə bildirir ki, Əbu-Bəkrdən sonra Ömər Mədinədən Peyğəmbərə (s) çatacaq büdcəni Əli və Abbasın ixtiyarına verdi, amma Fədək və Xeybərdən çatası pay saxlanıldı.(Həmin mənbə, Fərzul-xums, s. 512, hədis 3093)
Bəli, məlum olur ki, həzrət Fatimənin (s) tələbləri haqlı imiş. Bunu bilə bilə Əbu-Bəkr Fatiməyə az da olsa, ata mülkündən verməkdən imtina etmişdir. Tutaq ki, Peyğəmbərdən (s) qalan mülk müsəlmanlara çatır, məgər Fatiməyə (s) bir müsəlman kimi nəsə vermək olmazdımı?! Sünnilər isə birtərəfli mühakimə yürütdüklərindən Əbu-Bəkrin yalnız müsbət tərəflərini görür, hətta öz mötəbər kitablarını belə ciddi mütaliə etmirlər. Beləcə, Fatimənin məzlumiyyətinə ağlamalı olanlar ona zülm edənə ağlayırlar.
MÜBAHİSƏ
Bir gün bir sünni Əbu-Bəkrə etinasızlığımın səbəbini soruşdu. Dedim ki, biz sizə tərif olunan imanlı və mərhəmətli Əbu-Bəkrə yox, Fatiməyə əzab verib, onu qəzəbləndirmiş Əbu-Bəkrə biganəyik. Bəlkə də, Peyğəmbər (s) qızının dünyadan vaxtsız köçməsinin əsas səbəbkarı elə həmin şəxs olmuşdur. Siz də bizim kimi "sizdən yalnız Əhli-beytimə dostluq istəyirəm” ("Şura”, 23) ayəsini nəzərə alaraq eyni münasibətdə olmalısınız.
Həmsöhbətim dedi: "Fatiməni incitmək caiz olmasa da, onu incidənə biganəlik düzgün deyil.”
Ona "Fatiməni incidən məni incidir” hədisini və "Allahı və onun rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət edər” ("Əhzab”, 57) ayəsini xatırlatdım. O, eşitdiklərindən əsəbiləşib, qulaqlarını tutdu və məndən uzaqlaşdı.
Bəli, şiələri Əbu-Bəkrə mənfi münasibətə vadar edən məhz sünnə əhlinin mötəbər kitablarındakı bəzi əhvalatlardır. Ortada qərəzçilik və təəssüb yoxdur. Sünnə əhli bu həqiqəti dərk etmək üçün öz kitablarını ciddi araşdırmalıdır.

Vəhhabi suallarına cavablarımız 

Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 504 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-10-22 10:34 PM) [Daxil et]
Allah Razi olsun.
Bismillahir-Rəhmanir-Rəhim.
“Оnlаr Qur’аn bаrәsindә düşünmәzlәrmi? Yохsа ürәklәrinә qıfıl vurulmuşdur?”

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]