Şənbə günü, 2024-04-20, 6:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Əbu Bəkri özü ilə birlikdə apardı ki....
2013-01-27, 7:21 AM
Əbu Bəkri özü ilə birlikdə apardı ki....


Əhli-sünnə alimləri Qurani-kərimin «Tövbə» surəsinin 40-cı ayəsini dəlil gətirərək Əbu Bəkrin daha fəzilətli səhabə olduğunu iddia edirlər. Ayədə buyurulub:

«Əgər siz ona (həzrət Məhəmmədə) kömək etməsəniz, bilin ki, Allah onsuz da yardım etmişdir. Onda ki, kafirlər onu iki nəfərdən biri olaraq [yurdundan] çıxartdılar. Onda ki, hər ikisi mağarada idilər və onda ki, yoldaşına «Qəm yemə! Allah həqiqətən bizimlədir» deyirdi. Onda Allah ona sükunətin nazil etdi. Onu sizin görə bilmədiyiniz ordu ilə gücləndirdi».

Əhli--sünnə alimlərinin fikrincə «Vəlləzinə məahu» (onunla bərabər olanlar) cümləsindən də, hicrət gecəsi mağarada Rəsulallahla (s) bərabər olan Əbu Bəkrin ümmətin hamısındən daha fəzilətli və şərəfli olduğuna ən böyük dəlildir. Ayrıca Rəsulallah (s) batini elmlə Əbu Bəkrin o, həzrətin xəlifəsi olacağını və özündən sonra da bir xəlifənin varlığının olmasını zəruri bildiyindən, onu da özü ilə birlikdə aparmışdı çünki onun qorunması lazım gəlirdi. Əgər şəhərdə qalsa idi düşmənlərin əlinə keçə bilərdi. Ondan başqa heç kimi özü ilə aparmadı. Bu səbəbdən deyirik ki, xəlifə olmaq ilk olaraq onun haqqı idi».

Cavab:
Bunun cavabı çox asandır. Belə ki Peyğəmbəri-əkrəmin xəlifəsi yalnız Əbu Bəkr olsaydı belə bir ehtimal ola bilərdi. Amma Xuləfai-raşidin xəlifələrinin dörd nəfər olduğunu əhli-sünnə özləri idda edir. Əgər onların dəlili qəbul olunsa Rəsulallah (s) dörd xəlifənin dördünü də yanında aparması lazım gəlirdi. Yoxsa birinin canını qurtarıb digərlərini təhlükədə qoyması, hətta onlardan birini düşmənin hücumuna məruz qalacağını bildiyi halda öz yatağında yatırması bu dəlillə heç bir şəkildə uyğunlaşmır.
Tarixi-Təbərinin üçünü cildində yazdığına görə, Əbu Bəkr Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. Həzrət Əlinin (ə) yanına gedərək həzrət Peyğəmbərin vəziyyətinin nə yerdə olduğunu soruşdu. O, da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə məcbur halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdir. Əksinə o izinsiz olaraq Rəsulallahın ardıyca gedib yarı yoldan sonra onunla bərabər yola davam etmişdir.
Hətta bəzi hədislərə görə həzrət Peyğəmbəri (s)n Əbu Bəkri yanında aparmasının səbəbinin təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılmaqdadır. Bu səbəbdən əhli-sünnənin insaflı alimləri buna etiraf etmişlər. Məsələn: Onlrarın qabaqcıl alimlərinizdən olan Şeyx Əbul Qasım bin Sabbağ «Ən-nuru vəl-Bürhan» adlı kitabında Məhəmməd bin İshaqqdan, o da Həssən bin Sabit Ənsaridən belə rəvayət etmişdir: «Həzrət Peyğəmbəri (s)n hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulallahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulallah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Kuhafənin oğlu Əbu Bəkrin düşmənlarə xəbər verə biləcəyindən ehtiyat etdyinə görə onu özü ilə birlikdə götürüb mağaraya doğru hərəkət etdilər».
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 1635 | Downloads: 0 | Comments: 1 | Rating: 1.8/5
Total comments: 1
0  
1 seyidzadeazer   (2015-08-25 12:51 PM) [Daxil et]
BAS NIYA DEMIRLARKI ABU BAKIR GORXURDU? PEYGAMBARSA GORXMA ALLA BIZIMLADIR DEDI.ALLAHA PEYGAMBARA VA GALABAYA INAMI OLAN KAS GORXARDI ? AXI UCA VA GADIR ALLAH GURANDA MOMINLARA GALABA XABARINI VERMIWDI.ABU BAKIR NADAN GORXURDU ONDA BAS?

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]