Şənbə günü, 2024-04-20, 12:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

Məşhur Amerika kino aktyoru İslamı qəbul etdi
2013-05-22, 4:41 AM
Məşhur Amerika kino aktyoru İslamı qəbul etdi

Liam Nison-irland əsilli Amerika kino aktyoru İslam dinini qəbul edib. Türkiyəyə növbəti film çəkilişləri ilə bağlı olaraq səfər edərkən o, həyatının ən böyük arzusunu reallaşdırdı və müsəlmanlığı qəbul etdi.


L.Nison etiraf edir: "Mən katoliklərin dinini çox tədqiq etmişdim, lakin şüurumda hər zaman cavabsız qalan iki sual vardı ki-biz dünyaya nə üçün gəlmişik və bu dünya nə üçün yaradılıb?-mən bu sualların cavabını İslam dinində tapdım!”


Daha öncə KİV-də Liam Nisonun İslam dininə marağı haqqında bir sıra məlumatlar dərc olunmuşdu, hətta son illər aktyorun bəzi ifadələri xristian kilsəsi tərəfindən narazılıqla qarşılanmışdı.


"İran Radiosu”nun verdiyi məlumata görə, 58 yaşlı aktyor azanı dinlədikdən sonra son qərarını vermişdi. Türkiyədə ikən gündə 5 dəfə səslənən namaza çağırış sədasını eşidən Liam Nison bərk təsirlənmişdi: "Azana gündə 5 dəfə qulaq asırdım. İlk həftə ağlımı başımdan aldı, sonra isə qəlbimə doldu. Anladım ki, həyatımda heç vaxt bu qədər gözəl səs-səda eşitməmişdim... İstanbulda 4000 məscid var, hamısı gözəldir, bəziləri tamamilə möhtəşəmdir, müsəlman olmaq üçün məni düşünməyə vadar etdilər”.


Aktyor qeyd edir ki, Allah haqqında çoxlu ədəbiyyat və din tənqidi barədə müxtəlif kitablar mütaliə edirdi. Nison etiraf edir ki, din hər zaman onu cəlb edirdi və ondan təsirlənirdi: "Düşünürəm, biz hər gün şüurlu şəkildə və yaxud qeyri-ixtiyari olaraq özümüzə sual veririk ki, mən bu planetdə nə üçün varam? Bütün bunlar nə üçündür?”


Namaz haqqında fikirləri xüsusilə diqqəti cəlb edir: "Namaz mənim mənəvi əhval-ruhiyyəmə möcüzəvi təsir göstərdi. Türkiyədə olarkən müsəlmanların namaz qılmasına aid video görüntülər seyr edirdim və onun təsirini öz üzərimdə hiss edirdim...”


İslamda ilk addımları haqqında Liam Nison deyir: "İlk həftə gündə 5 dəfə namaz qılmaq mənim üçün çox çətin idi, amma getdikcə namazın müsbət təsirlərini öz üzərimdə hiss etməyə başladım və bu, mənim üçün inanılmaz hal idi”.


Şimali İrlandiyada qatı dindar katolik dini etiqadlı ailədə dünyaya göz açmış Liam Nison, uşaqlıqda yerli kilsənin mehrabında xidmət edirdi. Hətta, onun adını kilsə rahiblərindən birinin adının şərəfinə qoyublar.


Əsl adı Uilyam Con Liam Nisondur, 7 iyun 1952-ci ildə Şimali İrlandiyanın Bellimen şəhərində anadan olub. Məktəb illərində idmanla məşğul olub, gənc yaşlarında həvəskar teatr truppalarında çıxış edib. Belfast Kral Universitetində təhsil alıb, 1970-ci illərdən başlayaraq 70-ə yaxın filmdə rol alıb. İştirak etdiyi ən məşhur filmlər bunlardır: "Ulduz müharibələri”, "Şindlerin siyahısı”, "Təpəlikdəki evin kabusu”, "İlaji şahlıq”, "K-19”, "Real məhəbbət”, "Betmen: Başlanğıc” və s.


Liam Nison 1999-cu ildə Britaniya İmperiyası Ordeninin zabiti adına layiq görülüb. 2008-ci ildə İrlandiyanın Amerika fondu tərəfindən İrlandiyada İncəsənətin inkişafında göstərdiyi xidmətlərinə görə mükafata layiq görülüb.

Həyat yoldaşı Nataşa Riçardson 16 mart 2009-cu ildə Kvebekdə Mon-Tremblan dağ xizəyi kurortunda ciddi kəllə-beyin travması almış, 18 mart tarixində dünyasını dəyişmişdr. Deniel və Maykl adında iki oğlu var. Hal-hazırda Nyu-York ştatında, Milburk şəhərində yaşayır.

ihq.az


Category: Digər | Added by: Ənfal
Views: 1191 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-05-22 8:15 AM) [Daxil et]
Salam aleykum Allah razi olsun mübarəkdir gözəl əməli, müsəlmançiliğa gədəmləri

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]