Cümə günü, 2024-04-19, 3:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

QURANDA İMAN
2013-04-02, 8:12 AM
QURANDA İMAN
Qurani-kərimdə qeyd olunan imanın bütün yönləri haqda çox danışmaq olar. Lakin biz bu bəhsin incə nöqtələrinə işarə etməklə kifayətlənirik:
1-Quran baxımından iman insanın ixtiyari işlərindən biridir. Məlum olduğu kimi, Allah tərəfindən hansısa bir əmr insanın qüdrətinə, nəticədə onun ixtiyari olmasına bağlıdır. Əgər iman insanın ixtiyar dairəsindən xaric bir məsələ olsaydı, onun yerinə yetirilməsini xahiş etmək Allahın hikmətinə zidd olardı.(Bax: "Bəqərə” surəsi, ayə: 41, 91 və 186; "Nisa” surəsi, ayə: 136; "Ali-İmran” surəsi, ayə: 179 və s. (Bu məsələ ilə əlaqədar Möhsin Cəvadinin "İman nəzəriyyəsi” adlı kitabının 185-192-ci səhifələrinə müraciə edə bilərsiniz.))
2-Quran baxımından "iman” Allah-taalaya baş əymək və təslim olmaqla yanaşı, yəqinlə birgə elm və mərifət deməkdir.("Hücurat” surəsi, ayə: 15; "Duxan” surəsi, ayə: 8-9; "Nəml” surəsi, ayə: 3; "Loqman” surəsi, ayə: 4; "Səba” surəsi, ayə: 6; "Həcc" surəsi, ayə: 54; "Rum” surəsi, ayə: 56. )
3-Əməl imanın hissəsi deyil,("Əsr” surəsi, ayə: 3; "Həcc" surəsi, ayə: 54; "Rum” surəsi, ayə: 56. )
lakin onu gərəkli edən bir şeydir; yəni əməl imanın zati xüsusiyyətlərindən (cins, fəsl) deyil. Amma o həmişə həqiqi imanla yanaşıdır. Belə ki, əməlin olmaması imanın təsirli və ixlaslı olmadığını göstərir.("Ənfal” surəsi, ayə: 3-4; "Bəqərə” surəsi, ayə: 177; "Əl-mizan”, 18-ci cild, səh.158. )
4-Qurani-kərimdə qeyb,("Bəqərə” surəsi, ayə: 2-3.)
Allah-taala,("Nisa” surəsi, ayə: 162; "Əraf” surəsi, ayə: 158; "Mücadilə” surəsi, ayə: 22.)
məad,("Mücadilə” surəsi, ayə: 22; "Nisa” surəsi, ayə: 162. )
risalət,("Əraf” surəsi, ayə: 158; "Hücurat” surəsi, ayə: 15. )
peyğəmbərlər,("Nisa” surəsi, ayə: 171; "Ali-İmran” surəsi, ayə: 179. )
səmavi kitablar,("Bəqərə” surəsi, ayə: 4, 121 və 136; "Ali-İmran” surəsi, ayə: 119. )
imamət("Maidə” surəsi, ayə: 3, 55 və 67. )
və mələklər("Bəqərə” surəsi, ayə: 117. Əlavə məlumat əldə etmək üçün bax: "İman nəzəriyyəsi”, səh. 201-246. )
iman mövzusu sayılmışdır.
5-Quran baxımından, düz danışmaq,("Səff” surəsi, ayə: 10-11. )
əxlaqi prinsiplər("Tövbə” surəsi, ayə: 109; "Ənkəbut” surəsi, ayə: 41. Bax: "Bist qoftar” Şəhid Mürtəza Mütəhhəri, səh. 151-155. )
ruhi aramlıq("Maidə” surəsi, ayə: 69; "Fəth” surəsi, ayə: 4; "Yunis” surəsi, ayə: 62-63. )
, maddi nemətlər("Əraf” surəsi, ayə: 96. )
və saleh əməllər imanın faydalarındandır.("Bəqərə” surəsi, ayə: 277; "Maidə” surəsi, ayə: 9. Bax: "Fərazhayi əz İslam”, Əllamə Təbatəbayi, səh. 238. )

7-Quran baxımından, iman azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Mərifət azdan başlayıb tədricən çoxaldığı kimi, dini məsələlər və prinsiplər barədə düşüncəmiz də artır. Onlara qəlbən təslim olmaq da azalıb-çoxalmaq qabiliyyətinə malikdir. Beləliklə, insanın imanı həm çoxala, həm də azala bilər.("Ali-İmran” surəsi, ayə: 173; "Ənfal” surəsi, ayə: 2; "Nisa” surəsi, ayə: 136; "Tövbə” surəsi, ayə: 124; eləcə də bax: "Əl-mizan”, 18-ci cild, səh. 259-262. )
Category: Əqidə | Added by: Ənfal
Views: 666 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]