Çərşənbə günü, 2024-04-24, 12:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

ƏQİDƏLƏRİN AŞKARLANMASI
2013-04-02, 6:33 AM
ƏQİDƏLƏRİN AŞKARLANMASI
Quran baxımından münafiqlərin və möminlərin əqidəsi onların rəftar və ruhiyyələrində necə aşkarlanır?

ƏQİDƏLƏRİN AŞKARLANMASI
Əmirəl-möminin Əli (ə) buyurmuşdur: "Möminin əqidəsi (imanı), kafirin inkarı (küfrü) onların rəftar və əməllərində müşahidə olunur.”("Üsuli-kafi”, 1-ci cild, səh. 76. )
İnsanların əməl və rəftarları Allaha, vəhyə, risalətə və dini məsələlərə mərifət əsasında aşkarlanır və onların əqidələrini göstərir.
İndi isə Qurani-kərim baxımından münafiqlərin, kafirlərin və möminlərin əməl və rəftarlarının xüsusiyyətlərinə diqqət yetirin:

MÜNAFİQLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ərəb ədəbiyyatında "nifaq” sözü gizlətmək, küfr etmək və zahirdə imanlı olmaq mənasını bildirir. Qurani-kərimdə də zahirdə İslamı qəbul edib, batində küfr etmək münafiqlərin xüsusiyyətlərindən sayılmışdır. (Əqidədə yaranan) Bu nifaq əməldə, aşağıdakı xüsusiyyətlərə malikdir:

Münafiqlərin siyasi xüsusiyyətləri:
1-Biganələrlə dostluq etmək.("Mücadilə” surəsi, ayə: 14.)
2-Vilayət məqamından üz çevirmək.("Nur” surəsi, ayə: 47-48. )
a) Dini hökuməti qəbul etməmək("Nisa” surəsi, ayə: 60-61; "Münafiqun” surəsi, ayə: 7. )
b) Vilayət göstərişlərinin (əməli olaraq) əksinə çıxmaq.("Nur” surəsi, ayə: 62-63. )
3-Fürsətdən istifadə etmək.("Nisa” surəsi, ayə: 141; "Əhzab” surəsi, ayə: 19-20. )
4-Möminləri təhqir etmək.("Hud” surəsi, ayə: 27; "Şüəra” surəsi, ayə: 111; "Tövbə” surəsi, ayə: 79. )
5-Fitnə-fəsad törətmək.("Tövbə” surəsi, ayə: 47-48. )
6-Psixoloji qalmaqal yaratmaq.("Əhzab” surəsi, ayə: 13. )
7-Günahları yozmaq.("Nisa” surəsi, ayə: 62-63. )

Münafiqlərin psixoloji xüsusiyyətləri:
1-Özünü böyük görmək.("Münafiqun” surəsi, ayə: 5; "Bəqərə” surəsi, ayə: 206. )
2-Qorxu içində olmaq("Əhzab” surəsi, ayə: 8-35. )
3-İztirab və həyəcan içində olmaq.("Tövbə” surəsi, ayə: 56 və 64. )
4-İnadkarlıq.("Bəqərə” surəsi, ayə: 18; "Əraf” surəsi, ayə: 179. )
5-Mənəvi süstlük.("Nisa” surəsi, ayə: 108 və 142; "Tövbə” surəsi, ayə: 54)
6-Nəfsani istəklərə uymaq.("Mühəmməd” surəsi, ayə: 16. )

Münafiqlərin əxlaqi xüsusiyyətləri:
1-Özlərini göstərmək:
a) Yalan danışmaq və riya.("Münafiqun” surəsi, ayə: 1; "Bəqərə” surəsi, ayə: 11-12. )
b) Yalan and.("Münafiqun” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 56. )
v) Özlərinin yanlış üslublarını yozmaq.("Tövbə” surəsi, ayə: 42. )
q) Zahirlərinə fikir vermək.("Münafiqun” surəsi, ayə: 2; "Bəqərə” surəsi, ayə: 204. )
d) Yalan vədələr vermək.("Tövbə” surəsi, ayə: 75-77. )
2-Dini həqiqətləri gözdən salmaq və şübhə yaratmaq.("Əhzab” surəsi, ayə: 12; "Ali-İmran” surəsi, ayə: 154.)

Münafiqlərin ictimai xüsusiyyətləri:
1-İman və islahat şüarları.("Nur” surəsi, ayə: 47. )
2-İnsanları yaxşı işlərdən yayındırıb, çirkin işlərə dəvət etmək.("Tövbə” surəsi, ayə: 67.)
3-Paxıllıq etmək.("Tövbə” surəsi, ayə: 67; "Əhzab” surəsi, ayə: 19; "Münafiqun” surəsi, ayə: 7. )
4-Möminlərdə eyb axtarıb, onları istehza etmək.("Bəqərə” surəsi, ayə: 14; "Tövbə” surəsi, ayə: 79)
5-Bədxahlıq – başqasının başına gələn bəla və müsibətə sevinmək.("Ali-İmran” surəsi, ayə: 120; "Nisa” surəsi, ayə: 72; "Tövbə” surəsi, ayə: 50. )
6-Kin-küdurət saxlamaq.("Ali-İmran” surəsi, ayə: 118. )

ƏXLAQDA NİFAQ VƏ İKİÜZLÜLÜK
Əxlaqda ikiüzlülük dini hökmlərə iltizamlı olmamaqdır. Bu həm insanda, həm cəmiyyətdə öz təsirini göstərir.("Biharul-ənvar”, 72-ci cild, səh. 108. )
İmam Əli (ə) əxlaqda ikiüzlülük barəsində buyurmuşdur: "İnsanın ən aşkar nifaq və ikiüzlülüyü başqasını itaətə əmr edib, günahdan çəkindirdiyi halda, özünün itaət etməməsi və günahdan çəkinməməsidir.”("Qürərül-hikəm”, hədis: 3214. )
Həzrət Peyğəmbər (s) də buyurmuşdur: "Dörd sifətə malik olan şəxs münafiqdir: yalan danışmaq, verdiyi vədə sadiq qalmamaq, əhd-peymanı pozmaq və (başqalarına) qələbə çaldığı zaman günah işlərlə məşğul olmaq.”("Xisal” Şeyx Səduq, səh. 254. Nifaq və onun xüsusiyyətləri barəsində bax: "Mənşuri-cavid”, Cəfər Sübhani, 4-cü cild, səh. 9-178; "Əl-mizan”, 2-ci cild, səh. 96-97, 9-cu cild, səh. 325, 5-ci cild, səh.116-118, 19-cu cild, səh. 278. )

KAFİRLƏRİN XÜSUSİYYƏTİ
Münafiqlərin və möminlərin malik olduqları xüsusiyyətləri nəzərə alsaq, kafirlərin fərdi və ictimai xüsusiyyətləri məlum olar. Quran ayələrində işarə olunan bu xüsusiyyətlərin bəziləri ni qeyd etməyi münasib görürük:
1-Dinin qarşısını almaq üçün mal-dövlət xərcləmək.("Ənfal” surəsi, ayə: 36. )
2-İlahi nişanələrə istehza.("Qafir” surəsi, ayə: 81. )
3-Batil bir işə görə boş-boşuna mübahisə etmək.("Kəhf” surəsi, ayə: 56. )
4-Haqqı tapdamaq("Kəhf” surəsi, ayə: 56. )
5-Qurana iman gətirməmək.("Səba” surəsi, ayə: 31. )
6-İlahi əmrlərdən üz çevirmək("Ehqaq” surəsi, ayə: 3. )
7-Yersiz etirazlar.(Əl-mizan”, 15-ci cild, səh. 222. )
8-Həzrət Peyğəmbərə (s) istehza etmək(Yenə orada)
9-Nəfsani istəklərə uymaq.(Yenə orada)
10-Əqlə tabe olmamaq.(Yenə orada)

MÖMİNLƏRİN XÜSUSİYYƏTLƏRİ


Fərdi və ictimai baxımdan möminlərin xüsusiyyətləri:
Fərdi xüsusiyyətlər:
1-Allaha təvəkkül etmək.("Ənfal” surəsi, ayə: 2. )
2-Allahı yad edərkən qəlbləri titrəyər.("Ənfal” surəsi, ayə: 2; "Tövbə” surəsi, ayə: 51. )
3-Vacib əməlləri (xüsusilə namazı) həmişə vaxtlı-vaxtında yerinə yetirmək.("Muminun” surəsi, ayə: 9. )
4-İffətli olmaq və zinadan qorunmaq("Muminun” surəsi, ayə: 5. )
5-Namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha boyun əyər, Onun qarşısında kiçilərlər.("Muminun” surəsi, ayə: 2. )
6-Yersiz və lüzumsuz işlərdən uzaqlıq.("Muminun” surəsi, ayə: 3. )
7-İlahi ayələri eşidərkən imanları artar.(Ənfal” surəsi, ayə: 2. )

İctimai xüsusiyyətlər:
1-Başqalarını yaxşı əməllərə çağırmaq və çirkin işlərdən çəkindirmək.
2-Başqalarının maddi ehtiyaclarını təmin etmək.
3-Mömin qardaşlarla ilə dostluq etmək.("Tövbə” surəsi, ayə: 71. )
4-Camaatla təmkin və təvazökarlıqla davranmaq.("Fürqan” surəsi, ayə: 63. )
5-Xeyirxah işlərdə hamından qabağa keçmək.("Muminun” surəsi, ayə: 59.)
6-Kafirlərlə dostluq etməmək.("Mücadilə” surəsi, ayə: 22.)
7-Əmanətə sadiq qalmağa səy göstərmək.("Muminun” surəsi, ayə: 8. )
8-Əhd-peymana vəfalı olmaq.("Muminun” surəsi, ayə: 8. )
9-Allahın Rəsuluna itaət etmək.("Ənfal” surəsi, ayə: 1. )
İmam Sadiq (ə) bir rəvayətdə möminin səkkiz xüsusiyyətə malik olduğunu buyurmuşdur:
1-Çətinlik zamanı dözümlü və sakit olarlar.
2-Dünyanın ağır imtahanları, bəla və müsibətlərinə səbir etmək.
3-Ruzi və rifahı geniş olarkən Allaha şükür etmək.
4-Allah-taalanın əta etdiyi ruziyə razı və qane olmaq.
5-Düşmənlərə zülm və təcavüz etməmək.
6-Öz yükünü və işini dostlarının üzərinə atmasın, ya da dostluq xatirinə onların günahlarını öz öhdəsinə götürməsin.
7-Bədəni Allaha itaət və insanlara xidmətdə əziyyət çəkər.
8-Camaat onun əlindən əmin-amanlıqda olar.
O həzrət rəvayətin sonunda buyurmuşdur: "Möminin elmi onun dostu və yardımçısı, helmi və səbri vəziri, yol göstərəni və məsləhətçisi, əqli əməllərə əmr edəni, müdarası gücü və qardaşı, ehsan və yaxşılığı mehriban və ürəkyandıran atasıdır.”("Səfinətül-bihar”, 1-ci cild, səh. 37. )

Bir sözlə, həqiqi mömin sonsuz bir aləmə bənzəyir. Möminlərin sifətləri və əməli xüsusiyyətləri barəsində əlavə məlumat əldə etmək istəyənlər "Nəhcül-bəlağə”nin "Həmmam” xütbəsinə müraciət edə bilərlər.


Category: Əqidə | Added by: Ənfal
Views: 686 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]