Çərşənbə axşamı, 2024-04-16, 10:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Allah bəndələrini heç bir zaman unutmur
2012-12-14, 2:15 PM

Allah bəndələrini heç bir zaman unutmur

 İmam Əli (ə) Nəhcul-bəlağənin 185-ci xütbəsində Allah əzəməti və İlahi nemətlərin əhəmiyyəti haqqında söz açmış və buyurmuşdur: "Əgər insanlar Allahın qüdrətinin əzəməti və nemətlərinin böyüklüyü haqqında düşünsəydilər, düz yola qayıdardılar. Yanar alovdan qorxardılar”.

İmam (ə) bu sözləri ilə qəlbimizdə hidayət nurunu işıqlandırır. Aydın qəlb və açıq gözlərlə Allahın qüdrətinin böyüklüyü və nemətləri haqqında düşünüb, təfəkkür edərəkə haqq yoluna qədəm basır və Allaha itaət etməli olduğumuz kimi bəndəlik etməyə çalışırıq.

Böyük din alimləri Allahın əzəmətinə dair geniş tədqiqatlar aparmışdılar. Bu sahədə çox sayda kitab yazmışdılar. Təbiidir ki, bu tədqiqatlar böyük okeanın ancaq bir damcısıdır. İnsan, ağlının gücü səviyyəsində bu tədqiqatı aparır.

İnsan bu dünyada Allahın etdiklərinin şahididir. O, ucsuz-bucaqsız səmanı və yüz milyonlarla kainatı xəlq etmişdir. Hər bir kainatda isə milyardlarla ulduz vardır.

Allah geniş yer kürəsini xəlq etmişdir. Onu dağlar, səhralar, dənizlər, meşələr, çaylar, heyvanlar, insanlarla zinətləndirmişdir. Bu arada hər şeydən daha çox bizim diqqətimiiz cəlb edən məsələ odur ki, Allah bütün bu gözəllikləri insana görə xəlq etmişdir ki, Yer kürəsində rahat bu nemətlərdən istifadə edə bilsin. Bəs insan bu ləyaqəti haradan əldə etmişdir?

Allah Quranda buyurur: "Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir”. (Loğman” 20).

İlahi nemətlər geniş şəkildə insanı aşiqcəsinə öz ağuşuna alır, mehriban dayə kimi bu varlığın inkişaf etməsi üçün səy edirlər. Bu cür Allahın qarşısnda niyə insafsızlıq edirik?

İmam Əli (ə) insanın Allah qarşısındakı nalayiq rəftarına və İlahi nemətləri görməməzliyə vurmasına işarə edərək, buyurur: "Ancaq qəlblər xəstə və gözlər şikəstdir”. Allahın lütf və mərhəmətini görmək yerinə Allah qarşısında itaətsizlik edirlər. Özlərini bir oyuncaq kimi havayi-nəfsinin ixtiyarına verirlər.

Hədislərin birində Peyğəmbər (s) buyurur: "Ey Adəm övladı, sən Mənimlə insafsız rəftar etmirsənmi? Mən səninlə dostluq edirəm, sənə nemətlər mərhəmət edirəm. Sən Mənimlə düşmənçilik edirsən. Günah işlədirsən, Mənim xeyir və rəhmətim sənə tərəf nazil olur. Sənin şərin də Mənim tərəfimə gəlir. Həmişə hər gün böyük mələk çirkin əmələ görə etdiyin tövbəni Mənə tərəf gətirir. Ey Adəm övladı, əgər bu çirkin əməlini başqasından eşidəndə və bilməyəndə ki, danışan adam kimi təsvir edir, tez bir zamanda bu əməli görəni məzəmmət edirsən”.

Allah bəndələrini unutmur.

Bəzən zəif iman nəticəsində böyük bir eyb bizim sorağımıza gəlir. Xüsusilə də ruzi məsələsində. Bu zaman Allahın bu məsələdəki rolunu yaddan çıxardırıq. Baxmayaraq ki, dilimizdə deyirik ki, Allah ruzi yetirəndir, ancaq əməl mərhələsinə çatanda dini sütunlarımız titrəməyə başlayır. İlahi pənah yerinə üzümüzü şeytana çeviririk. O qədər qəmgin oluruq ki, sanki göy yerə dəymişdir. Onun bütün bu dünyada heç bir yardım əli yoxmuş kimi.

Əgər insan öz dinini və imanını bir qədər gücləndirərsə, başa düşəcəkdir ki, Allah həmişə onu xatırlayır və heç bir zaman onu yaddan çıxartmır.

Yer üzərində olan ehtiyac sahiblərinin ehtiyacını təmin etmək heç bir zaman aləmlərin Xaliqi tərəfindən unudulmur. Əksinə ona xüsusi diqqət edir ki, bir çoxları biz insanlar tərəfindən dərk edilə bilməz

Misal üçün: Keşmişdə alimlər bu fikirdə idilər ki, dənizin dibində əgər canlılar vardırsa, onların qidası hansı yolla təmin edilir? Çünki bu qidaların əsası bitkilərə qayıdır. Bitki də həmişə Günəş şüasına möhtacdır. 700 metr dərinlikdə şübhəsiz ki, nur yoxdur, orada bir qaranlıq gecə çökmüşdür. Ancaq tezliklə aydın oldu ki, Günəş nuru suyun üzərində olan bitkiləri inkişaf etdirir və bitki meyvə vermək həddinə çatanda dənizin dibinə çökür və nemət süfrəsini buradakı canlılar üçün açıq qoyurlar.

Əgər Allah dənizin dibində olan kiçik canlıları yaddan çıxartmırsa, necə ola bilər ki, məxluqların şərəflisi olan insanı yaddan çıxartsın.

Allah qəlblərdəki qəm və qüssəni aradan aparmaq üçün Quranda açıq şəkildə buyurmuşdur: "Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir” ("Hud” 6).

Ona görə də bizə bu qədər nemət bəxş edən Allahı yaddan çıxartmayaq, necə ki, O, heç bir zaman biz insanları unutmur.


(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 601 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]