Cümə günü, 2024-04-19, 6:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

ZÜHEYR İBN QƏYNİN HƏYAT YOLDAŞI DƏYLƏM
2012-11-13, 7:36 AM
ZÜHEYR İBN QƏYNİN HƏYAT YOLDAŞI DƏYLƏM

Zuheyr ibn Qəyn öz tayfasının başçısı idi. O öz karvanı ilə birgə Kufədən həccə getmişdi. Məkkədə İmam Hüseynin (ə) hərəkət etməsi xəbərini eşitdi. Amma İmam Hüseynlə (ə) birgə olmaq üçün mənəvi hazırlığı yox idi. Buna görə də İmam Hüseynin (ə) karvanı ilə rastlaşmamaq üçün karvanını Məkkədən Kufəyə qaytarırdı. Çünki İmam Hüseyn (ə) onu görsə və kömək üçün çağırsa, o çıxılmaz vəziyyətdə qalardı. Züheyrin karvanı Kufəyə tərəf yola düşmüşdü. Təsadüfən istirahət üçün bir yerdə dayandılar. Onların yaxınlığında təpənin arxasında İmam Hüseynin (ə) karvanı istirahət üçün dayanmışdı. İmam Hüseyn (ə) xəbərdar olanda, Züheyrə xəbər göndərdi. Züheyr İmam Hüseyni (ə) qəlbən çox sevirdi. Amma iman nuru onun qəlbinə daxil olmamışdı. Bu zaman İmam Hüseynin (ə) göndərdiyi şəxs onun xeyməsinə gəldi və dedi: "İmam Hüseyn (ə) sizi çağırır”.
Züheyr və ətrafındakılar öz yerlərində donub qaldılar. Sükuta qərq olub dinmədilər ki, bu nə işdir?! Birdən Züheyrin Dəyləm adlı həyat yoldaşının coşqun səsi ucaldı: "Ey Züheyr! İmam Hüseynin (ə) göndərdiyi adam bura gəlib. Niya ona cavab vermirsən? Peyğəmbər (s) övladının çağırışını cavabsız qoyursan? Yaxşı olar ki, İmam Hüseynin (ə) hüzuruna gedib sözünü eşidəsən və qayıdasan?”
Həyat yoldaşının təsirli sözləri onu elə döndərdi ki, həmin an ayağa qalxdı və İmam Hüseynin (ə) göndərdiyi adamla birlikdə Həzrətin (ə) hüzuruna getdi. İmamla bir az söhbət etdikdən sonra vilayət nuru onun qəlbinə işıq saçdı, dünyaya olan məhəbbəti aradan getdi və İmam Hüseyn (ə) yolunda fədakarlıq etməyə hazır oldu. Xeyməyə qayıdıb həyat yoldaşına dedi: "Mən səni boşayıram. Öz yaxınlarının yanına get və bundan sonra azadsan. İstəmirəm ki, mənə görə sən də əziyyət çəkəsən”.
Sonra öz ətrafındakılara dedi: "Hər kəs öz İmamına kömək etmək istəyirsə, mənimlə birlikdə gəlsin”.
Onlarla xudafizləşdi və İmamın (ə) xeyməsinə tərəf hərəkət etdi. Züheyrin həyat yoldaşı göz yaşı axıdıb dedi: "Səndən bir istəyim var. Qiyamət günü İmam Hüseynin (ə) cəddi Peyğəmbərin (s) hüzurunda məni yada salasan”.(İrşade Mufid, 2-ci cild, səh.74; Muntəhəl-amal, 1-ci cild, səh.237, 247, 264; Rəyahinuş-şəriət, 3-cü cild, səh.306.)
Züheyr İmam Hüseynə (ə) qoşuldu. O, aşura günü böyük eşq və məhəbbətlə İmam Hüseyni (ə) müdafiə etdi və göstərdiyi misilsiz şücaətlə yüz iyirmi nəfəri öldürəndən sonra şəhid oldu. Elə bir məqama çatdı ki, Həzrət İmam-Zaman (ə.c.) (Seyyid ibn Tavusun dediyinə əsasən) bir ziyarətnamədə buyurur:
"Salam olsun Züheyr ibn Qəynə ki, İmam Hüseynə (ə) buyurdu:
Səndən heç vaxt əl çəkmərəm. Peyğəmbər (s) oğlunu düşmənlər arasında qoyub gedim?! Allah məni o günə salamat çıxartmasın”.
Züheyr şəhid olan zaman, İmam Hüseyn (ə) onun başı üstünə gəldi və buyurdu: "Ey Züheyr! Allah sənə Öz dərgahında yer versin. Düşmənlərinə elə lənət etsin ki, meymun və donuz sifətinə çevrilsinlər”.(Nasixut-təvarixe İmam Hüseyn (ə), səh.301-60.)
Beləliklə şir kimi şücaətli bir qadın iki yol ayrıcında qalmış ərini izzət və şərəfə çatdırdı.
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 590 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]