Şənbə günü, 2024-04-20, 2:10 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

SƏFİYYƏNİN QARDAŞININ CƏSƏDİ KƏNARINDAKI RUHİYYƏSİ
2012-11-13, 7:59 AM
SƏFİYYƏNİN QARDAŞININ CƏSƏDİ KƏNARINDAKI RUHİYYƏSİ
Seyyidüş-şühəda Həzrət Həmzə Ühüd savaşında şəhid oldu. Qəlbi kinli düşmən onun pak cəsədini "muslə” edərək bədən üzvlərini kəsib ayırdı. Döyüşün sonunda Peyğəmbər (s) gördü ki, Həmzənin (ə) bacısı Səfiyyə (Həzrət Peyğəmbərin (s) bibisi) Həmzənin (ə) cəsədinə tərəf gəlir. Həzrət (s) Zübeyrə buyurdu: "Ananın qarşısını kəs, gəlməsin”.
Əhvalatdan xəbərdar olan Səfiyyə təmkin və qəhrəmanlıqla dedi: "Niyə qardaşımı görməyə qoymursunuz? Əgər onu muslə (tikə-tikə) etdikləri üçün qoymursunuzsa, bunu ki, eşitmişəm və bilirəm. Allah yolunda bu hələ azdır. Biz bu hadisəylə razılaşırıq. Mən buna səbir edərəm və Allah dərgahında hesaba gətirəcəm”.
Həzrət Peyğəmbər (s) Səfiyyənin ruhiyyəsinin belə bir ali dərəcədə olduğunu görüb buyurdu: "İcazə verin gəlsin”.
Səfiyyə qabağa gəldi. Qardaşının bədənini o halda görüb ağladıqda, Peyğəmbər (s) də ağlamağa başladı. Həzrət (s) iki əlini Səfiyyənin qəlbinə qoyub onun üçün dua etdi.(Əyanuş-şiə" c.2, səh. 123, Təbəqate ibn Səd, c.3, səh.7)
İndi isə Səfiyyənin Xəndək döyüşündə iştirak edərkən göstərdiyi qəhrəmanlıq barədə onun özünün söylədiklərinə diqqət edək. O deyir: "Mən qadınlardan və uşaqlardan bir dəstə ilə xeymədə oturmuşdum. Hisan ibn Sabit də bizimlə idi. O gün döyüş uzun çəkdi. Bizimlə Peyğəmbər (s) arasında o qədər çox məsafə var idi ki, əgər düşmən bizə gecə basqın etsəydi, ya hücuma keçsəydi, müsəlmanlar bizi düşməndən qoruya bilməzdilər. Bu zaman bir yəhudi kişinin bizim xeymələrin ətrafında fırlandığını gördük. Mən Hisana dedim: Bu kişini görürsən? Biz ondan arxayın deyilik. Bəlkə də düşmən casusudur. Qalx ayağa və onu buradan uzaqlaşdır.
Hisan dedi: "Sən ki bilirsən, mən onunla döyüşə bilmərəm. Əgər onunla üzbə-üz gəlsəm, məni öldürəcək”.
Səfiyyə Hisanın bu sözünü eşidəndə qanı cuşə gəlib ayağa qalxır və qərara gəlir ki, özü təkbaşına düşmənin casusuyla döyüşsün. Silahı olmadığı üçün xeymənin sütununu yerindən qoparıb əlinə götürərək ona hücum edir. Səfiyyə yəhudini öldürənə kimi onunla döyüşür. O, İslamda düşməni qanına qəltan edən ilk qadınlardan biridi. (İslam aynasında qadınların siması" səh.140, Əsədül-Ğalibə", c.5, səh. 492)

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 768 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]