Şənbə günü, 2024-04-20, 3:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

QƏHRƏMANLIQ GÖSTƏRMİŞ BİR NEÇƏ QADIN
2012-11-13, 7:45 AM
QƏHRƏMANLIQ GÖSTƏRMİŞ BİR NEÇƏ QADIN

Sudə kimi qəhrəmanlıq göstərmiş digər bir neçə qadın Müaviyənin qarşısında durmuş, söz demiş və onu məhkum etmişdilər. Məsələn, Darmiyyə Həcuniyyə, Ümmül-Xəyr, qızı Curəyş, Ümmü Sənan, Kufədən Zərqa, kor olmuş qoca qadın Bəkkarə Hilali və sair kimi qadınlar. Zərqanın Müaviyəyə dediyi sözlərdən biri belədir: "And olsun Allaha! Bizim Əliyə (ə) olan məhəbbətimizin necə də böyük olduğunu hələ də dərk edə bilməyibsən”.("Əqbul-Fərid" c,1, səh.217-dən sonra ,Bəlağatun-Nisa, səh.27 və 29)
Müaviyənin qarşısında durub onu məhkum etmiş şücaətli qadınlardan Haris ibn Əbdül-Müttəlibin qızı Ərva və Bəkkarə Hilaliyyə adlı iki qoca qadındır. Ərvanın Müaviyəyə dediyi sözlərdən biri belədir: "Ey Müaviyə! And olsun Allaha! Sən bu zülmkarların camaata hakim olmasına və onlara qarşı istədikləri cürəti etmələrinə səbəb olmusan . . .
Mənə etiraz etməyinin əvəzində get anandan soruş ki, sənin atan kimdir? Mənim sənə heç bir ehtiyacım yoxdur?”
Sonra o ayağa qalxdı və oradan uzaqlaşdı.

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 707 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]