Çərşənbə axşamı, 2019-11-19, 0:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

KƏRBƏLADAKI TƏZƏ EVLƏNMİŞ VƏHƏBİN HƏYAT YOLDAŞI VƏ ANASI
2012-11-13, 7:38 AM
KƏRBƏLADAKI TƏZƏ EVLƏNMİŞ VƏHƏBİN HƏYAT YOLDAŞI VƏ ANASI
60-cı hicri ilinin zilhiccə ayı idi. Köçəri yaşayan və mal-qara sahibi olan xaçpərəst əqidəli Vəhəb və anası həmişəki kimi ilin müxtəlif fəsillərində bu yerdən başqa yerə köçürdülər. Həmin il onlar yaşıl-yamaclı və yaxşı ab-havalı (Kərbəla yaxınlığında) Sələbiyyə çöllüyündə xeymə qurdular. Vəhəb evlənmək yaşına çatanda anası Qəmər Haniyə adlı qızın elçiliyinə getdi və o razı oldu. Bir neçə gündən sonra qız Vəhəbin evinə köçdü.
Kufəyə tərəf mənzil-mənzil hərəkətdə olan İmam Hüseynin (ə) karvanı Sələbiyyə məntəqəsinə çatanda İmamın (ə) gözü bir xeyməyə sataşdı. Yaxınlaşanda bir qoca arvad gördü. Ondan əhvalını soruşdu. Qoca öz vəziyyətini Həzrətə (ə) bəyan etdi. Ancaq susuzluqdan çətinlik çəkdiyini dedi. Qəlbi həmişə imkansızlardan ötrü döyünən İmam (ə) o səhrada öz nizəsi ilə yerdəki torpağın bir hissəsini araladı. Birdən oradan su çıxdı. Qəmər təəccübləndi və İmamın (ə) şəxsiyyəti və qeyri-adiliyi onu özünə cəlb etdi. İmam (ə) öz səfərinin macərasını ona dedi və buyurdu: "Oğlun gəlsə, ona de ki, istəyirsə, bizim köməyimizə gəlsin”.
Pak və təmiz qəlbli yeniyetmə Vəhəb suyu görəndə macəradan agah oldu və İmam (ə) onu özünə cəzb etdi. Toyundan on beş (ya on yeddi) gün keçsə də, anası və həyat yoldaşı ilə birlikdə İmamın (ə) hüzuruna gəldi. Bir az söhbət etdikdən sonra İslamı qəbul etdilər. Vəhəb dedi: "Sizin xəbəriniz bizə çatdı. Mən bundan sonra sizin əsgərinizəm”.
İmam (ə) ona təşəkkür etdi. Vəhəb anası və həyat yoldaşıyla birlikdə İmam Hüseynin (ə) karvanı ilə birlikdə Kərbəlaya gəldi. Aşura günü çatdı. Vəhəbin şücaətli anası Qəmər təkrar-təkrar ona deyirdi: "Sənə verdiyim südün əvəzində istəyirəm ki, qanını ovucuna alıb İmamın (ə) xidmətində şəhidlik həddinə kimi düşmənlə döyüşəsən”.
Vəhəb dedi: "Həyat yoldaşımla bəs nə edim?”
Ana dedi: "Əzizim! Əbədi gözəlliyi bir neçə günlük gözəlliyə dəyişmə”.
Ananın sözləri Vəhəbi dəyişdirdi. O artıq İmam Hüseynin (ə) aşiqi olmuşdu. Vəhəbin həyat yoldaşı Haniyənin də əriylə söhbətdən sonra qəlbinə bir nur saçdı və dedi: "Mənim və sənin canından mini İmam Hüseynə (ə) fəda olsun. Ancaq qadınlar üçün cihad olmadığına görə mənim səndən bir istəyim var. İmamın (ə) yanına gedək. Onun (ə) hüzurunda mənə söz ver ki, qiyamətdə behiştə getməli olsan, mənsiz daxil olmayacaqsan”.
Vəhəb razı oldu. İmamın (ə) hüzuruna getdilər və orada öz verdiyi sözünü izhar etdi. Xülasə, iki cavan həyat yoldaşı ömürlərinin şirin çağında İmam Hüseynin (ə) karvanı ilə birlikdə hərəkət etdilər. Vəhəb aşura günü meydana getdi. Zalım düşmənlərdən bir dəstəsini öldürərək öz yerinə qayıtdı. Qan qılıncından daman halda anasının yanına gəldi və dedi: "Məndən razı qaldın?”
Ana dedi: "İmam Hüseynin (ə) qabağında şəhid olmayınca, səndən razı qalmayacam!”
Vəhəb meydana tərəf çapdı. O qədər vuruşdu ki, axırda şəhid oldu. Vəhəbin həyat yoldaşı Haniyə, özünü qana boyanmış Vəhəbin başı üstünə çatdırdı. Vəhəb dedi: "Xeyməyə qayıt”.
O dedi: "Heç vaxt qayıtmaram. Sən mənim munisim idin. İndi səni tənha qoymaram”.
Vəhəbin qana boyanmış bədənini düşmənin qoşun başçısının (Ömər Sədin) yanına apardılar. Ömər Səd ona dedi: "Sənin hücumun çox çətin və ağır idi”.
Sonra əmr etdi ki, onun başını bədənindən ayırsınlar. Həyat yoldaşı qaniçən düşmənlərin üstünə qəzəblə qışqıraraq, ürək yanğısı və şücaətlə özünü Vəhəbə çatdırdı. Başı Vəhəbin sinəsi üstündə olan halda düşmən dəmir dəyənəklə onun başına vurdu. O da şəhid oldu. Anasının qəlbinə dağ çəkmək üçün Vəhəbin başını ona göndərdilər. O, cavan oğlunun başını götürüb öpdü və dedi: "Şükr olsun Allaha ki, İmam Hüseynin (ə) qarşısında şəhid olmağınla məni üzüağ etdin”.
Sonra xeyməyə gəlib xeymənin sütununu götürdü və düşmənlə döyüşə getdi. Düşmənlərdən ikisini öldürdü. İmam Hüseyn (ə) qadını xeyməyə qaytararaq, onun üçün dua etdi və ona behişt müjdəsi verdi. Qəmər sevinərək dedi: "İlahi! Behişt ümidini məndən alma”.(Riyazul-uns, Kaşani, 1-ci cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.300.)
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 492 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]