Cümə günü, 2024-04-26, 1:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə)
2012-11-01, 8:42 AM

İmam Səccadın (ə) anası Həzrət Şəhrəbanu (ə)

İmam Səccadın (ə) anası Şəhrəbanu axırıncı Sasani padşahı, üçüncü Yəzdgirdin qızı idi. Ona Səlamə və Qəzalə də deyirdilər. İslam ordusu İranı fəth etdikdən sonra Şəhrəbanu əsir kimi Mədinəyə gətirildi və burada öz seçimi ilə İmam Hüseynlə (ə) ailə qurdu. Onun Ömərin, ya Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə evlənməsi barədə üç ehtimal irəli sürülür. Ancaq Şəhrəbanunun ilk övladı İmam Səccad (ə) hicrətin 37-ci, yəni İmam Əlinin (ə) xilafətinin üçüncü ilində (ya da hicrətin 36-cı ilində, İmam Əlinin (ə) xilafətinin ikinci ili) doğulduğu üçün bu evlənmənin Osmanın, ya da Əlinin (ə) xilafəti dövründə baş verdiyi daha dəqiq ehtimaldır. Çünki İmam Hüseynin (ə) Şəhrəbanu ilə evləndiyi ilk on ildə uşaqlarının olmaması inandırıcı görünmür.(Bihar, 46-cı cild, səh.10.)
Rəvayətə görə, İranın Mədain şəhəri İslam ordusu tərəfindən fəth olunmamışdan əvvəl Şəhrəbanu bir gecə yuxuda görür ki, Peyğəmbər (s) İmam Hüseynlə (ə) birlikdə Mədaindəki sarayın eyvanına daxil olur və ona xitab edərək buyurur: "Ey əcəm padşahının qızı! Mən səni Hüseynə (ə) nişanladım”.
O sonrakı gecə yuxuda Həzrət Zəhranı (ə) görür və Xanım Zəhra ona deyir: "Sən oğlumun nişanlısı və mənim gəlinimsən. Tezliklə müsəlmanlar qalib gələcəklər və sən də onlara əsir olacaqsan. Nigaran olma, tezliklə ərin, oğlum Hüseynin (ə) vüsalına çatacaqsan”.(Bihar, 46-cı cild, səh.11; Rəyahinuş-şəriət, 3-cü cild, səh.11.)
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 692 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]