Cümə axşamı, 2024-04-25, 3:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

HÜCR İBN ƏDİNİN MÜDAFİƏSİNDƏ ƏNSAR QADINI HİNDİN GÖSTƏRDİYİ ŞÜCAƏTLİK
2012-11-13, 7:48 AM
HÜCR İBN ƏDİNİN MÜDAFİƏSİNDƏ ƏNSAR QADINI HİNDİN GÖSTƏRDİYİ ŞÜCAƏTLİK
Hücr ibn Ədi İmam Əlinin (ə) zamanında Müaviyənin əleyhinə olan inqilabçılardan idi. Həzrət Əli (ə) şəhid olandan sonra onun apardığı mübarizənin davam etdirən Hücr ibn Ədi və yeddi dostunu Müaviyə Dəməşqin yaxınlığında "Mərci Əzra”da şəhid etdi. Hücrü qətlə yetiriləcəyi yerə aparanda, çox çətin şəraitdə və sıxıntıdaydı, əgər hər kim onu müdafiə etsəydi, Əlinin (ə) dostu kimi edam olunardı. Zeyd Ənsarinin Hind adlı cəsur qızı bu barədə bir şer oxudu:Ey parlaq ay, bir boy göyə ucal sən,
Şama aparılan Hücrü görəsən.
Ziyad ona edam istəmiş deyə,
Əsir apardılar Müaviyəyə.
Bir gün darvazadan asılar bu can,
Didər bədənini qan içən heyvan.
Meydan zülmün olar Hücrdən sonra,
Amma ki bu qəmdən könüllər yara.
Fərəhlən bu işdən, ey Ədi oğlu,
Xalqa yananların sinəsi dağlı.
("Tarixe-təbəri" c.6, səh. 143)


Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 721 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]