Cümə axşamı, 2024-04-25, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Tarixdə qadınlar

DÜŞMƏNİN MÜQABİLİNDƏ DURAN QƏHRƏMAN QADIN XƏVLƏ
2012-11-13, 7:50 AM
DÜŞMƏNİN MÜQABİLİNDƏ DURAN QƏHRƏMAN QADIN XƏVLƏ

Həzrət Rəsulullahın (s) vəfatından sonra müsəlmanlarla rumlular arasında böyük müharibə başladı. Düşmənin sayı müsəlmanlardan bir neçə dəfə çox idi. İslam ordusunun başçısı Xalid ibn Vəlid Zərar ibn Əzvər adlı bir şəxsi kəşfiyyat üçün düşmən ordusuna göndərdi. O getdi və qayıdaraq düşmən ordusunun hər cəhətdən hazırlıqlı olduğunu bildirdi. Xalid dedi: "Yaxşı olar ki, geri çəkilək”.
Zərar dedi: Quran buyurur ki, "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın”,("Ənfal" 15) "Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə, çox bir dəstəyə qalib gəlib”.("Bəqərə" 249)
Zərarın əmri ilə savaş başladı və o, addım-addım irəliləyib, düşmənin bağrını yararaq döyüşə davam etdi. Amma onu əsir aldılar. Az sonra müsəlmanlar tərəfdən bir döyüşçünün irəliləyib meydanı şüar və qılıncla toz-torpağa bürüyərək döyüşdüyünü gördülər. Hamı təəccübləndi ki, bu cür qəhrəmanlıq göstərən kimdir? Bir az keçdikdən sonra gördülər ki, o, bədəni qana bulaşmış halda döyüşə davam edir. Xalid onun yanına getdi və dedi: "Nə vaxta qədər üzünü gizlədəcəksən? De görüm sən kimsən?”
O dedi: "Mən özümü tanıtdırmağa utanıram. Çünki özümə layiq bir iş görməmişəm. Mən Zərarın bacısı Xəvləyəm. Bilmirəm qardaşıma nə ediblər. Onu azad etmək üçün döyüşürəm”.
Sözləri qurtardıqdan sonra rəcəz oxuyaraq düşmən üzərinə hücuma keçib döyüşə davam etdi. O, bu döyüşdən əlavə başqa döyüşlərdə də iştirak etmişdi.(Nasixut-təvarixə xuləfa" c.1, səh.357)

Müəllif: Məhəmməd Məhəmmədi İştiharidi
Category: Tarixdə qadınlar | Added by: Ənfal
Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]