Çərşənbə axşamı, 2024-04-23, 12:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

BOŞANMAQ: ən axırıncı hərəkət nə üçün ən birinci?
2012-10-29, 2:18 PM
BOŞANMAQ: ən axırıncı hərəkət nə üçün ən birinci?
 
Boşanma. Təlaq. Halal olan, amma Allahın bəyənmədiyi bir addım. Ailələrini tərk etməkdə özlərini rahatlatmaq istəyənlər adətən ən ilkin bununla özlərinə təskinik tapmağa çalışır. Amma əslində isə bu, ən sonuncu addımdır. Bir kişinin öz ailə səadətindən imtina etməsi, çox hallarda da heç haqlı olmadığı halda ailə dağıtmağa cəhdi özünü mənəvi və psixoloji "intihar"dan başqa bir şey deyil.



Ailə dağıdan kişilərin əksəriyyəti özünə bir sıra amillərlə haqq qazandırır və bunun doğru addım olduğuna həm özlərini, həm də çevrələrini inandırmağa çalışırlar. Amma niyə? Əslində belədirmi?



Bir çox belə ailələrini dağıdan kişilərdən tanıyırıq. Onların çox az, bəlkə də barmaqla sayılacaq qədərini bu addımı atmaqda haqlı, üzrlü hesab etmək olar. Amma bu addım atılmalıdırmı?



Bu yerdə Ustad Şəhid Mütəhhərinin bir fikrini zikr edərdim. "İslam baxımından nifrət edilən və istənməyən şey ailə məşəlinin sönməsi və ailə nizamının soyuqluğa tərk edilməsidir". Ailə dağıdan kişilər əslində bunun ilk məsuliyyətini özündə görməlidirlər. Bu addımın atılmasında bir sıra, həmçinin əsaslı və üzrlü səbəblər ola bilər. Amma qeyriləri, xüsusən də inanca iddialı olanlar məgər bilmirmi, bu addımı ilə Allahın ərşini tərpədir?!



Nə olsun ki, günah olmayan bir iş görür?! O qədər halal olan, amma həyatda etmədiyimiz işlər var ki...



Səbəblər hər nə olursa-olsun, haqlı və ya haqsız Allahın ona təslim və əmanət etdiyi varlığı, həmin kişinin özünün namusu olan qadını, ailənin digər mühüm sütununu tərk etmək kişiyə yaraşarmı?! Həyat yoldaşını özünə arxa bilən xanımına arxa çevirib onu amansız həyatın ağuşuna atmaq yaraşarmı?! Bu dəyanətli kişiyə yaraşarmı?



Boşanmağa addım atan kişilərin bir çoxu özlərinin də fərqində olmadığı iki şeydən qaçır: məsuliyyət və iradə. İnsan olur ki, bəzən özü haqqında qərarlar verməkdə, addımlar atmaqda çətinlik çəkir, o ki qala ailəsinin, uşağının qayğıları ola. Bəzən belələri elə durumlara düşür ki, ona bu vəziyyət çıxışı olmayan labirint kimi görünür. Məhz bu anda məsuliyyət irəli çıxır. Boşanmaların əsas səbəbi də məhz bu kimi daha ciddi və geniş problemlərdən şüuraltı məsuliyyətdən qaçışdır. Daha sonra da iradə(siz)lik "öz işini” görür. Belə hallarda yaxşı olardı ki, bu insanlar daha təcrübəli və ağzıbütöv insanlardan çıxış yolları üçün müraciət etsinlər, vəziyyətdən çıxış yollarını tapsınlar. Nahaq deyilməyib ki, bir dərdin min bir dərmanı var. Qalır insanın bu dərmanları tanıması, tapması və reallaşdırması. Boşanma isə sadəcə müvəqqəti keyləşdirici dərmandır. Ardından sonrakı ağrıları isə sadəcə dərmansız qalır. Gözüyaşlı qoyulan övladları isə sadəcə ata tərəfindən şikəst edilir.



Sonda demək istərdim ki, yaxşı olar ki, kişilər ümumiyyətlə belə addımın atılmasını özlərinə layiq bilməsin və boşanmaya ən "axırıncı” hərəkət kimi baxsınlar.



Əbazər Əhmədli,

Deyerler.org
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]