Cümə axşamı, 2024-04-25, 11:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Zahidlərin dediklərindən
2012-12-24, 7:18 AM
Zahidlərin dediklərindən
◘Bir zahid deyir: "Ən faydasız şey ondur; istifadəsiz alim, əməl olunmayan elm, qəbul edilməyən səhih rəy, işlədilməyən silah, istifadəsiz məscid, oxunulmayan Quran, infaq olunmayan mal, minilməyən at, dünyapərəstin qəlbində olan elm, axirət tədarükü görülməyən uzun ömür.”
◘Hər kəs on şeydən sağlam olsa, hər şeydən sağlam olar; xəsislik, təkəbbür, özünübəyənmə, riya, həsəd, şiddətli əsəbilik, yeməyə qarşı həris olmaq, cinsi yaxınlığa qarşı hərislik, var-dövlət hərisliyi və cah-cəlal və şöhrət hərisliyi.
◘Hər kəs insana nicat verən on xüsusiyyətə yiyələnsə onun üçün kafidir; günahdan peşimanlıq, bəlalara səbr, təqdirə razılıq, nemətin şükrü, ümid və qorxu arasında etidal, dünyada zahidlik, ibadətdə ixlas, camaata qarşı xoşxasiyyət olmaq, Allaha məhəbbət, Onun qarşısında müti olmaq.
Bu iyirmi xüsusiyyət bütün yaxşı və pis xüsusiyyətlərin kökü və əsasıdır.
◘Mövlana Cəlaləddin Rumi öz yaxınlarından birinə belə deyib: "Sənə tapşırıram; gizlində də, aşkarda da Allahdan qorx, az ye və az yat, artıq danışıqdan çəkin, günahdan uzaq ol, şəhvətlərə qurşanma, oruca mühüm yer ver, heç vaxt namazı əlindən vermə, camaatın əziyyətinə səbr et, adi camaatdan olan ağılsızlardan uzaq gəz, saleh və kərim insanlarla dostluq et.”
◘Bəni-İsraildən olan bir abid deyib: "Allahı tanı, başqalarını tanıma, Onun dostlarını dost, düşmənlərini də düşmən bil, dünyaya qarşı etinasız, axirətə qarşı meyilli ol, dünya malında səxavətli ol, axirət işlərində isə xəsis (yəni, heç bir savabdan imtina etmə), haqqa itaətdə şücaətli ol, günah etməkdə isə çox zəif.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 568 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]