Cümə günü, 2024-03-29, 8:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız
2012-12-14, 1:59 PM
O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız
◘Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: "Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: "On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum:
"Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı. Meymun olanlar öz dinlərinin şənbə günü barədə onlara verdiyi göstərişə boyun əyməyənlər idi. İlanbalığı öz arvadını başqa kişilərin ixtiyarında qoyan bir dəyyus idi. Kərtənkələ köçəri həyat tərzi yaşayan bir nəfər idi ki, Həccə gedənlərin yolu üstündə gizlənib onların mallarını oğurlayardı. Yarasa da xurma oğrusu idi ki, camaatın xurmasını elə ağacların üstündən oğurlayardı. Qara qurd dostların arasını vurmaqla məşğul olan sözgəzdirən bir şəxs idi. Əqrəb acıdilin biri idi ki, dili ilə hamını sancardı. Hörümçək ərinə xəyanət edən qadın idi. Dovşana çevrilən də bir qadın idi ki, heyz və s. qüsullar almazdı. Süheyl yəmən əhlindən olan bir nəfər idi. Zöhrə isə Harut və Marut adlı mələkləri aldadan nəsrani qadın idi.”
Mərhum Şeyx Səduq buyurur ki, məsx olan insanlar üç gündən artıq yaşamırlar və onların nəsil artırma qabiliyyətləri də olmur. Yuxarıda qeyd olunan məsx olunmalar şərti xarakter daşıyır. Yəni, məsx olunan insanlar sadəcə olaraq adları çəkilən heyvanlar şəklinə çevrilmişlər, nəinki, həmin heyvanların mənşəyi bu məsx olunmadan başlanır.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 643 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]