Cümə axşamı, 2024-04-25, 9:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız
2012-12-14, 1:56 PM

◘İmam Cəfər Sadiq (ə) buyurub: ”On dörd qüsul var: "Meyyit qüsulu, cənabət qüsulu, məssi-meyit qüsulu, cümə qüsulu, Qurban və Fitr bayramlarının qüsulu, Ərəfə gününün qüsulu, ehramdan ötrü alınan qüsul, Kəbə evinə daxil olmaqdan ötrü alınan qüsul, Mədinəyə daxil olarkən alınan qüsul, hərəmə daxil olmaqdan ötrü alınan qüsul, ziyarətdən ötrü alınan qüsul, Mübarək Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecələrində alınan qüsul. (Qeyd olunan ilk üç qüsul vacib, qalanları isə müstəhəb qüsullardandır. Bunlardan əlavə üç vacib qüsul da var ki, yalnız qadınlara məxsusdur.)

◘Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Mənim ümmətim on beş günaha aludə olduğu zaman onlardan ötrü bəla nazil olar; müharibədə əldə olunan qənimət xüsusi şəxslərin cibinə axar, camaatın əmanəti qənimət hesab olunar, zəkatı özlərinə zərər bilərlər, kişi öz qadınına itaət edər, ata-anaya zülm olunar, lakin dostlarla xoş rəftar olunar, rəhbərlər ən alçaq insanlardan ibarət olar, camat onlara qorxudan hörmət edər, məscidlərdə səs-küy olar, ipək paltarlar geyərlər, xanəndə kənizlər hazırlanar, saz çalınar və nəhayət, ümmət özlərindən əvvəlkilərə lənət edər. Belə bir zamanda qırmızı küləklərin yeri xaraba qoymasının və xilqətdə (məsx) əvəzolunmaların intizarında olun.”
◘Həzrət Sadiq (ə) buyurub: ”Nurədən istifadə etməyin müddəti on beş gündən birdir. Bu bir sünnədir. Hər kəs iyirmi bir gün keçdikdən sonra, nurə puluna malik olmazsa, Allahın hesabına borc alsın. Lakin, hər kəs qırx gün keçməsinə baxmayaraq nurə qoymazsa onun kəraməti yoxdur.”

◘Əsbəğ ibn Nəbatə Həzrət Əlinin (ə) belə buyurduğunu deyir: "Düz danışmaq əmanət, yalan xəyanət, ədəb böyüklük, uzaqgörənlik zirəklik, orta həddə yaşayış dövlət, israf yoxsulluq, yüngüllük zillət, səxavət tanışlıq, alçaqlıq qürbət, qəlbin yumşaqlığı təvazökarlıq, bacarıqsızlıq acizlik, nəfsani istəklərə itaət azğınlıq, vəfadarlıq meyar (yəni, bir kəsin dəyərini müəyyən etməkdən ötrü ölçüdür), xudpəsəndlik (özünübəyənmə) həlakət və səbr həyatın əsası və mehvəridir.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]