Cümə axşamı, 2024-04-18, 7:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Hikmət sahiblərinin dediklərindən
2012-12-24, 7:20 AM
Hikmət sahiblərinin dediklərindən
◘Bir hikmət sahibi deyib: "Ağıllı insanın on xüsusiyyəti var. Bunlardan beşi zahirdə, beşi isə batindədir. Zahirdə olanlar bunlardır: sükut, xoş xasiyyət, təvazökarlıq, doğru danışmaq və yaxşı əməl. Batində olan xüsusiyyət isə bunlardır: təfəkkür, ibrət almaq, xüzu, özünü kiçik tutmaq və ölümü yad etmək.”
◘Başqa birisi isə deyib: "Allah on xüsusiyyətin on kəsdə olmasını xoşlamır: Dövlətlidə xəsislik, fəqirdə təkəbbür, alimdə tamah, qadında həyasızlıq, qocada dünyapərəstlik, cavanda tənbəllik, sultanda tündxasiyyətlik, döyüşçüdə qorxu, zahiddə xudpəsəndlik (özünübəyənmə) və abiddə riyakarlıq.
◘Loğman öz oğluna deyib: "Oğlum! Hikmətin on hünəri var; insanların qəlbini dirildər, dərvişi sultanların məclisində oturdar, qədri bilinməyəni şərəfləndirər, qulu azad edər, qəribə yer verər, möhtacı ehtiyacsız edər, şəriflərin şərəfini, böyüklərin böyüklüyünü və əzəmətini artırar, qorxunu cürətə çevirər, döyüş meydanının zirehi, sülh zamanı mənfəətlə dolu sərmayədir, yəqin yolunu qət etməkdən ötrü bir çıraqdır, eyibləri örtən bir libasdır.”
◘Bir hikmət sahibi deyib: "Dünyanın sonu zaval, həyatın sonu ölüm yeməyin sonu zibillik, mal toplamağın aqibəti haqq-hesab, abadlığın sonu viranlıq, zalımın aqibəti əzab, ictimanın axırı pərakəndəlik, tövbənin nəticəsi bağışlanmaq, günahın sonu biabırçılıq, zöhdün sonu Allahın razılığı, hər bir mövcudun sonu ölümdür. Yalnız Allahın müqəddəs vücudundan başqa.”
◘Əflatun deyir: "On şəxs həmişə xardır: borclu, sözgəzdirən, yalançı, paxıl, aşiq, möhtac, tamahkar, əsir, müttəhim və nadan.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 690 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]