Cümə günü, 2024-04-19, 4:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Əli (ə)

İmam Əlinin (ə) bəsirətli olmağın zəruriliyi barədə buyuruşları
2013-01-08, 2:37 AM
İmam Əlinin (ə) bəsirətli olmağın zəruriliyi barədə buyuruşları

 Bəsirət sözünün iki mənası vardır: biri elmdir və o biri isə kobudluq mənasındadır. Rağib İsfəhaninin nəzərinə görə bəsirət - qəlbi idrak edən qüvvədir.


Bəsirət hər nə qədər elmə və qəlb idrakına aid olsa da, buna da diqqət etmək lazımdır ki, hər elm bəsirət deyildir. Hər bir alim də bəsir deyildir.

İmam Əli (ə) bəsirətli olmağın zəruriliyi haqqında danışan zaman belə buyurur: "Fitnələrin bağlanğıcı - havayi-nəfsin və İslam dininə daxil olan bidətlərin ardınca getməkdir. Allahın Kitabı o havayi-nəfs və dini bidətlərə müxalifdir. İnsanların bir hissəsi başqalarına bu ikisinə görə və Allah dininin əksinə olaraq yardım edərlər. Əgər batil haqla qarışmasaydı, haqq yolu haqq axtaranlar üçün gizli qalmazdı. Haqqın bir hissəsi batillin bir hissəsi ilə qarışarsa, bir-birinə qarışar. Elə bu yerdə şeytan öz dostlarına hakim olar və o kəslərə ki, Allahın lütfü şamil olmuşdur, onlar nicat taparlar”.

Yəni əgər haqq aydın şəkildə insanlara aşkar edilərsə, heç kəs onun əleyhinə danışa bilməz. Əgər batil özünü aşkar edərsə, insanların heç biri ona tərəf getməz. Ona görə də o kəslər ki, insanları yolundan azdırmaq istəyir, batili xalis formasına təqdim etməkdən çəkinirlər. Əməl məqamında batili haqla qarışdıraraq, batilə haqq rəngi verir və haqq iyi verirlər ki, insanlar onu qəbul edə bilsinlər. O kəsin ki, bəsirəti vardır, ilk dini vəzifəsi budur ki, haqla batilin bir-birinə bənzəməsinə imkan verməməlidir.

Bəsirət elmin özü olduğu üçün istəkləri də elmi və mərifətin istəkləri olar. Bu da iki hissəyə bölünür: daxili və xarici. Bəsirətin daxili istəyi fitrət və o daxili istedadlardır ki, Allah insana ilham etmişdir. "Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. ("Şəms” 7-8).

Bəsirətin xarici istəkləri isə Qurani-Kərimin və peyğəmbərlərin (ə) bizə ərməğan gətirdiyi proqramlardır. Ayələr Quranı nur və Peyğəmbəri (s) isə müəllim və hidayət edən kimi tanıtmışdır.

Bu iki istək əməl məqamında bir-birinin köməyinə gələr və bir-birini inkişaf etdirərlər. İmam Əli (ə) buyurur: "Sübhan Allah Rəsullarını onların arasından göndərmişdir. Allahın daxillərinə qoyduğu təfəkkür və düşüncə sərmayəsini çiçəklləndirsinlər deyə”.

Bəsirətə çatmaq üçün həm elmi mücahidə lazımdır, həm də əməli. İnsan nə qədər təfəkkür edər, düşünər və ibrətli hekayələrdən bəhrələnərsə, bəsirətə çatmaq üçün elmi səy etmiş olar. Allahı yada salmaq, dindarlıq, ixlasın köməyi ilə əməli bəsirətini əldə etməyə çalışır. Bütün bu səyləri bir kəlmədə xülasələndirmək olar və adını elmi və əməli cihad qoymaq olar. Necə ki, Quran onu bir ayədə xülasələndirmişdir: "Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir”. ("Ənkəbut” 69).

Bəsirətə mane olan ən böyük amil - nəfsi istəklərdir. Quran bu məqama da dəfərlərlə işarə etmiş və onun nəticəsində insanın bəsirətdən uzaq qalacağını və qəlb korluğuna düçar olacağını vurğulamışdır. "(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72). "Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. ("Əraf” 179).

Bəsirət, elmi bir seçmə yoldur ki, sahibinə başqalarının öz xeyirləri üçün yaratdıqları dalğaya minməyə mane olur. Haqla batilin qarışdığı bir fəzada haqqı görməyə yardım edir. Bəsirət insanın elmi və əməli çalışması nəticəsində əldə edilir. Onu əldə etməyə mane olan ən böyük amil isə günahdır. Çünki bu zaman ağıl azad düşünməyə qadir olmur.



(Tebyan/ Deyerler.org)
Category: İmam Əli (ə) | Added by: Ənfal
Views: 848 | Downloads: 0 | Rating: 3.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]