Cümə günü, 2024-03-29, 1:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

Bu gün İmam Hüseynin (ə) mövludu günüdür
2013-06-12, 5:15 PM

Bu gün İmam Hüseynin (ə) mövludu günüdür

 

 Bu gün həyatı boyu şücaət və azadlığı sevməsi, zülm və haqsızlığa qarşı mübarizədə məktəb yaratmış İmam Əlinin (ə) və peyğəmbər qızı xanım Zəhra(s.ə)-nın ikinci övladı İmam Hüseynin (ə) mövludu günüdür. O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir.

Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbər(s)-in yanında keçirmişdir. Peyğəmbər(s)-in vəfatından sonra otuz il atası Əli(ə)-la birgə yaşamış və Əli(ə)-ın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli(ə)-ın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli(ə)-la çiyin-çiyinə çalışmışdır. İmam Həsən(ə)-ın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn(ə)-ın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub. İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır.


İmamın mövludu münasibəti ilə başda Zəmanə Sahibi (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik.

 

Deyerler.org


Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 710 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]