Şənbə günü, 2024-04-20, 12:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Namaz

Namaz nə vaxt qara üzlə qayıdar? Nə vaxt ruzi vasitəsi olar?
2013-02-06, 7:27 PM
Namaz nə vaxt qara üzlə qayıdar? Nə vaxt ruzi vasitəsi olar?

 Namaz - dinimizin sütunu və əsasıdır. Hər kim ona qarşı etinasız olarsa, Allah da istəklərinə və əməllərinə qarşı etinasız olar.


İmam Sadiq (ə) buyurur: "O qadın və ya kişi ki, namazına laqeyd olar, Allah onu 15 şeyə düçar edər. Qəbri dar və qaranlıq olar”.

O namaz ki, səhlənkarlıqla qılınar, Allah Təala tərəfindən qəbul edilməz. İmam Sadiq (ə) buyurur: "Allah yaxşılıqdan başqasını qəbul etməz”. Bu cür namazı necə qəbul edə bilər ki?

İmam (ə) başqa yerdə buyurur: "O zaman ki, bəndə namazını tələsə-tələsə qılarsa, onu qısa edərsə, Allah mələklərə buyurar: "Məgər görmürsünüz ki, Mənim bəndəm namazını necə qısaldır. Sanki belə hesab edir ki, hacətini yerinə yetirmək başqasının əlindədir. Məgər bilmir ki, hacətini yerinə yetirmək Mənim əlimdədir?””.



Hədislərin birində oxuyuruq: "O zaman ki, namaz vaxtında qılınmaz, diqqətsiz qılınar, qara üzlə insana tərəf qayıdar. Deyər: "Məni zay etmisən, Allah da səni zay etsin”. Əgər vaxtında iqamə edilərsə, insan üçün dua edər və deyər: "Necə ki, məni hifz etmisən, mənə ehtiram göstərmisən, Allah da səni hifz etsin”.

İmam Əli (ə) buyurur: "O kəs ki, namaz yerində əyləşər, Allahı zikr etməklə məşğul olar, Allah ona mələyi hakim edər ki, ona deyər: "Ey namazqılan ki, dua etməklə məşğulsan! Öz şərəfini, kəramətini və fəzilətini artır (yəni daha çox dua et). Sənin üçün həsənat yazılar. Pis işlərin məhv olar. Dərəcələrin artar”. Bu söhbət, onun namazın ziklərindən ayrıldığı zamana qədər davam edər”.



Hədislərdə oxuyuruq ki, insan namazdan sonra nə qədər çox zikr və dua edərsə, ruzisi daha çox artar. Mömin namazdan sonra Allahı zikr edirsə, sanki namazda olur. Namazın savabına bərabərdir. Vacib namazdan sonra dua etmək müstəhəb namaz qılmaqdan daha yaxşıdır.

Əllamə Məclisi buyurur: "Namazdan sonra oxunan dualar - Quran, zikr və o dualardır ki, namazdan sonra namaza qoşulmaq kimi olar. Fəzilətlisi budur ki, dəstəmazlı, əyləşmiş halda və üzü qibləyə dayanasan. Ən yaxşısı budur ki, təşəhhüd dediyin halda əyləşəsən. Duaları deyən zaman heç kimlə danışmayasan”.

Namaz ruhumuza mənəvi qida verir və onu namazdan sonrakı dualar və ziklərlə daha fəzilətli etmiş olarıq. Namazdan sonra etdiyimiz dualar namazımızı təkmilləşdirər və nöqsanlarını aradan qaldırmaqda təsirli olar. Həmçinin günahların bağışlanmasına səbəb olar və hacətlərin yerinə yetməsi üçün də faydalıdır.



(Tebyan/ Deyerler.org)
Category: Namaz | Added by: Ənfal
Views: 1317 | Downloads: 0 | Comments: 5 | Rating: 5.0/1
Total comments: 5
0  
5 GADİR   (2013-02-08 7:43 PM) [Daxil et]
Aleykum salam.
Allah razi olsun. Allah ibadətlərinizi qəbul etsin.

0  
4 Ənfal   (2013-02-08 7:18 AM) [Daxil et]
Alimlərin nəzərinə əsasən "Zərbun fil-ərz" səfər etmək mənasınadır. Çünki səfərə çıxan şəxs səfər boyu yeri ayaqlarının altında qoyub keçir . Hər halda təqlid etdiyimiz alimin risaləsi üzərində hərəkət etsək daha yaxşı olar. Səfərdə olarkən namaz heç vaxt götürülmür, lakin müəyyən qədər yüngülləşdirilir. Aleykum salam və rəhmətullah və bərəkatuh

0  
3 GADİR   (2013-02-07 11:05 PM) [Daxil et]
Allah razi olsun.
Baci, düzmü geyd edirəm?
-səfərdə olarkan  4 rükətli namazlari tam qilmaq daha yaxşi olar?
Salam aleykum va rəhmətullah.
 

0  
2 Ənfal   (2013-02-07 10:39 PM) [Daxil et]
Cihad və hicrət haqqında söhbətlərdən sonra bu ayə müsafir namazının hökmünü bəyan edir.
"Zərəbtum fil-ərz” təbiri səfərə işarədir. Çünki müsafir səfər zamanı ayağını yerə döyür.("Müfrədate-rağib”, "zərbun” maddəsi. )
Quranda bəzən vaciblik əvəzinə "eybi yoxdur” təbiri işlədilir. Bu ayə də uyğun təbirlə rastlaşdığımız ayələrdəndir. İlkin İslam dövrünün müsəlmanları namaza o qədər bağlı idilər ki, onun qısaldılmasını günah sayırdılar.
Qısaldılmış (qəsr) namaz təkcə düşmən qorxusu olduqda qılınmır. Adətən, səfərlərdə qorxu və nigarançılıq olduğundan və ya qəsr namaz qanunu əvvəlcə qorxu ilə bağlı bəyan edildiyindən, sonralar hər bir səfərə aid edilmişdir. Ayədə "in xiftum” qeyd edilmişdir.
Rəvayətlərdə namazın qəsr hala düşdüyü səfər miqdarı bəyan olunmuşdur. Bir gün ərzində səfər uzunluğu (səkkiz fərsəx) müəyyən edilmişdir.("Təhzibul-Əhkam”, c. 3, s. 207 )
Müsafir sübh və məğrib (şam) namazlarından savay bütün namazları iki rəkət qılır.("Mən la yəhzuruhul-fəqih”, c. 1, s. 2.) Namazın qısaldılması dedikdə, dörd rəkətlik namazların iki rəkət qılınması nəzərdə tutulur. ("Nur" təfsiri-2-ci  cild kitabından)

0  
1 GADİR   (2013-02-07 3:55 PM) [Daxil et]
SALAM ALEYKUM.
ALLAH RAZİ OLSUN
Namaza aid. Əksəriyyət alimlər səfərdə olarkan namazi 4-rükətli namazi 2-rükət səfər ya kəsir səfər qilinmasini vətha verirlər,2-rükət haqinda  rəvayət haradan və nəyə əsas götürülür?Niyə məs dördü iki rükət ilə əvəz etməli? Aşağida geyd edilən ayə həmin fətvani aradan galdirir? Xahiş edərdim geniş aydinlaşma verərdiniz imkaniniz daxilində.


Bismillahir-rəhmanir-rəhim
NISA/101. Yer üzündə (hətta bir ağac məsafəmiqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan
vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli)
namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur.
 Şübhəsiz,kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.وَإِذَا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلَاةِ إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُوا ۚ إِنَّ الْكَافِرِينَ كَانُوا لَكُمْ عَدُوًّا مُبِينًا

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]