Cümə günü, 2024-03-29, 2:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

«Ziya» və «nur» arasında fərq varmı?
2013-03-10, 11:51 AM
«Ziya» və «nur» arasında fərq varmı?


Cavab: Qurani-kərimdə rastlaşdığımız «günəşi ziyalı, ayı nurlu ... edən məhz Odur»[Yunis, 5] ayəsi «ziya» və «nur» kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu barədə rəylər müxtəlifdir. Bu iki kəlmə arasında fərq olduğunu qəbul etməyənlər olsa da, bir qrup alim bu fikirdədir ki, ziya nurun mənbəsidir. Məsələn, günəşin ziyasından nurlanan ay, yalnız işığı əks etdirir.
Uyğun ayənin davamında «ay üçün mənzillər təyin edən Odur» buyuruğu, əslində həmin dövr üçün elmi bir yenilik idi. O dövrdə elmə məlum deyildi ki, ay hərəkətdə, günəş isə nisbi sükunətdədir. Ay üçün mənzillər təyin olunması artıq aşkar bir şəkildə ayın hərəkətdə olduğunu bildirir.

Müəllif: Məhəmməd Azəri
Category: Sual-cavab | Added by: Ənfal
Views: 600 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]