Cümə günü, 2024-04-19, 6:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Şiə hansı xüsusiyətlərə malik olmalıdır?
2013-03-09, 9:26 PM
Şiə hansı xüsusiyətlərə malik olmalıdır?


Əmirəl Möminin Həzrət Əli (ə) şiəni belə təqdim edir:
1. Mömin, zirək, yaddaşlı, qəlbən kədərli və hüzünlü olsada üzündə sevinc əlamətləri görünür.

2. Qəlbində həsəd və kinə yoxdur, söyüş söyməz və heç kimin qeybətini etməz.

3. Vəzifə, məqampərəst deyil. Vuqarla yol gedər və Allahı zikr edər.

4. Musibətlər vaxtı səbr edər və Allahın nemətlərinə şükr edər.

5. Əgər Allah-təala tərəfindən ona imkansızlıq və kasıbçılıq yetişsə sevinər.

6. Əxlaq və davranışı gözəldir. Heç kimə əziyyət və hörmətsizlik etməz.

7. Təbəssüm edər uca səslə gülməz.

8. Bir nəfərdən söz soruşarkən onu imtahan etmək, elminin az və ya çox olduğunu bilmək üçün yox, bəhrələnmək üçün soruşar.
9. Qəlbi mehribandır, paxıllığı yoxdur, işlərdə tələsən deyil və sözləri şirindir.

10. Hər kimin xidmətinə getsə ona zəhmət verməz, qəzəblənsə ədaləti əldən verməz.

11. Vədə verdikdə vədəsinə əməl edər və bihudə söz danışmaz.

12. Allah-təala tərəfindən ona verilən hər bir şeyə razi və şakirdir.(şükr edəndir) öz nəfsi ilə müxalifətçilik edər və əlinin altındakılarla sərt davranmaz.

13. Bütün hallarında dinin köməkçisidir və müsəlmanlara kömək etmək fikirindədir. Möminlərin güvəndiyi tərəf və müsəlmanların pənah yeridir.

14. Əgər onu tərifləsər qulağı öz tərifi ilə dolmaz ki, qəlbinə təsir etməsin. Tamah onun qəlbini bürüməz ki, vəzifəsinin xilafına addım atsın.

15. Böyük nəzəri vardır ki, xeyiri camaata çatır və özünü hər şeydən daha kiçik görür.

16. Səxavətlidir lakin nə o həddə ki, israf edə. Heç vaxt hiylə qurub kimisə aldatmaz. Heç kimin zəhmətlərini payimal etməz.

17. Biçarələrin pənahı olar və məzlumların köməyinə çatar. Ona deyilən sirrləri heç vaxt açıb deməz.

18. Hər vaxt kimdənsə bir yaxşılıq görsə nəql edər. Əgər bir pislik görsə izhar etməz.

19. Camaatın pisliklərindən fikirini uzaqlaşdırar. Əgər ondan üzr tələb etsələr qəbul edər. Camaat barəsində yaxçı fikirdədir və özünü danlayır.

20. Alimləri elmlərinə və İlahi məarifə sahib olduqları üçün xatırlayar. Yanına nadan bir şəxs gəlsə ona elm və bilik öyrədər.

21. Başqalarının eyblərini axtarmaqla məşğul olmaz, amma öz işlərinə görə özünü danlayar. Çünki öz eyblərinə agahdır, başqalarının eyblərinə isə yox.

22. Böyük həvəslə öz nəfsini islah etməkdədir və öz Allahından başqasına ümüdvar deyil.

23. Fəqir və imkansız insanlarla əyləşər və camaata xeyir işdə kömək edir. Yetimlərə mehriban ata kimi münasibət bəsləyər.

24. Qənaətlə həyat sürür və öz həyasını qoruyur. Camaat onu imkanlı bilirlər.

25. Nəfsini elə ələ alıb ki, heç vaxt şəhvət onu vəzifəsi olmayan şeylərə daxil etmir.

26. Onun sözləri düzgünlük və həqiqətə əsaslanar və Libası orta həddədir.

27. Əlindən gedən şeylərə görə həsrət çəkmir və heç vaxt layiqli olmayan işlərə ümüdvar olmur.
28. Elm və biliyi helm və dözümlülüklədir. Agıl və savadı səbr və hövsələ ilədir.

29. Üzündə və ruhiyyəsində kəsalət və yorğunluq görünməz. Daim onu şad və xoşhal halda görərlər.

30. Onun arzuları azdır və öz ölümünü gözləməklə vaxt keçirir. Həmçinin qəlbi xuşu halında, dili zikr edən və nəfsi qane olandır.

31. Etdiyi günahlara görə çox qəmli və əhvalı solmuş olar.

32. Qonşular onun əlindən əziyyət çəkmirlər və istirahətdədirlər. Camaatla əlaqə saxlayır ki, onlardan istifadə edib elm öyrənə.

33. Çox vaxt sakit əyləşir ki, camaatdan ona ziyan dəyməsin. Özünü zəhmətə salır ki, camaat ondan əziyyət çəkməyib istirahətdə olsunlar.

34. Nə vaxt ona zülm olunsa səbr edir ki, Allah-təala ona kömək etsin və onun qisasını o zalımdan alsın.

35. Camaat arasında qəribdir. İlahi əmrlərdə isə çalışqandır ki, bəlkə Allahın razılığına əməl etmiş olar.

36. Addım atmaq istədiyi hər bir iş barədə yaxşı düşünür. Bütün işlərdə ehtiyatlı addım atır.

Həzrət Əli (ə) bu əlamətləri qeyd etdikdən sonra buyurdu: " Bunlar yer üzündə işıqlı çıraqlardır, və bizim şiələrimizdir və bizim dostlarımızdan sayılırlar. Onlar Bizimlə bizdə onlarla olacayıq.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]