Cümə günü, 2024-04-26, 2:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Qurani-kərimin 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?
2013-02-11, 6:52 AM
Qurani-kərimin 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?

Cavab: Bu surə «ya» və «sin» müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: «Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, «sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən». Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun»(«Məcməul-bəyan». ).
Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!

Məhəmməd Azəri


Category: Sual-cavab | Added by: Ənfal
Views: 670 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]