Cümə günü, 2024-03-29, 1:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?
2013-03-09, 6:57 AM
Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?



Cavab: Heyvanların faydası və bəzi insanların əməlləri nəzərdən keçirilsə Quranın «onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər» («Əraf», 179) bənzətməsinin məntiqə uyğun olduğunu görərik.
Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən... istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair nemətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, təlim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır.
Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir. İlan belələrindən üstün deyilmi?! Gecə-gündüz insanların maddi və mənəvi varlığını məhv etmək üçün ölkələrə təcavüz edənlər, məzlum xalqların qanını axıdanlar, azadlıq pərdəsi altında əxlaqsızlıq təbliğ edənlər heyvandan pis deyilmi?!

Category: Sual-cavab | Added by: Ənfal
Views: 620 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]