Cümə axşamı, 2024-03-28, 1:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Ölülər bizə nə demək istəyir?
2013-03-04, 4:01 AM

Ölülər bizə nəyisə demək istəyir

 

 Ey o kəslər ki, öz gözəl cisminizə və ürəyə yatan simanıza görə lovğalanırdınız. İndi gözəl simanız solmuş və nazlı bədəniniz çürümüşdür. Bu qədər gözəllikdən çürümüş sümükdən başqa bir şey qalmamışdır. Dünya malından isə kiçik qəbir nəsibin olmuşdur. Onun dəhşət və tənhalığı bütün varlığınızı bürüyər. Ondan qaçış yolunuz yoxdur.

İmam Əli (ə) buyurur: "Baxmayaraq ki, ölülər məhv olmuş və xəbərləri unudulmuşdur, ancaq ibrətli gözləri onların arasında baxır. Qulaqları xəbərləri eşidir. Bizimlə başqa bir dildə danışır və deyərlər: "Gözəl simamız solmuş və bəslənmiş nazlı bədənlərimiz çürümüşdür. Bədənimizə köhnə libas geyinmişik. Qəbirin darlığı bizə təzyiq edir. Dəhşət və qorxunu bir-birimizdən irs aparmışıq. Qəbirin susmuş evləri üstümüzə yıxılır. Bədənimizin gözəlliklərini məhv edir. Simamızın nişanələrini dəyişir. Bizim bu dəhşətli evdəki iqamətimiz uzunmüddətlidir. Nə çətinlikdən nicat tapmışıq və nə də qəbirin darlığından genişliyə çıxmışıq”.

İmam (ə) bu xütbəsi ilə bir çoxlarına xəbərdarlıq etmək istəyir ki, ölüm - mühüm və əhəmiyyətli bir mövzudur. Onu qulaqardına vurmaq olmaz. O insanlar ki, bu dünyada gözəlliklərinə görə lovqalanırdılar, indi cəsədləri sümükdən başqa bir şey deyildir. Onlar nə bir söz deyirlər və nə də bir şey eşidirlər. Ancaq həqiqət budur ki, onlar da bizimlə danışırlar. Qəbir aləmindən bizə xəbərlər verirlər. Ancaq hər qulaq onu eşitməyə qadir deyildir. Hər göz onların bu halını görə bilməz. O mömin ki, həyatda olan zaman böyük bir imana çatmışdır, onun şirinliyini canı ilə hiss etmişdir, ölülərin bu səsini eşidir və onların dediklərindən ibrət dərsi alır.

Maraqlısı budur ki, onların bu dili dünya dilinə bənzəmir. İmam Əlinin (ə) bu nurani kəlamlarından belə başa düşmək olur ki, ölülər bizə dünyanın fani olduğunu, gözəlliklərin və ləzzətlərin qalıcı olmadığını başa salmaq istəyir.

 

Həzrət Peyğəmbər (s) Bədr döyüşündə ölənlərlə söhbət edir

O zaman ki, müsəlmanlar Bədr döyüşündə müşriklərə qalib gəlirlər, Həzrət Peyğəmbər (s) əmr edir ki, düşmənlərin cəsədlərini Bədr quyusunun yanına qoysunlar. Sonra Həzrət (s) quyunun başında dayanır və keçmişdəkilərə xitab edərək buyurur: "Siz Rəsulallah (s) üçün pis qonşular idiniz. Onu evi olan Məkkədən çıxardınız. Sonra bir yerə yığışıb, onunla döyüşə hazırlaşdınız. İndi Allahın mənə verdiyi vədin haqq olduğunu gördüm”.

Bu zaman Ömər deyir: "Ey Allahın Rəsulu! Ruhlarından ayrılan cəsədlərlə söhbət etməyin nə faydası var ki?”. Həzrət Peyğəmbər (s) buyurur: "Ey Xəttabın oğlu! Sakit ol! Allaha and olsun ki, sən onlardan daha çox eşidən deyilsən. Onlarla və onları dəmir toppuzla alan mələklərin arasında heç bir fasilə yoxdur. Məgər o halda ki, mən üzümü onlardan bu cür çevirsəm”.

Hər bir canlı kimi, hər bir insan da bir gün bu dünya ilə vidalaşacaqdır. Biz fani dünyadan cavidan dünyaya gedəcəyik. Tənhalıq və dəhşət dolu qəbir evi bizi gözləyir. Bizə bu tənhalıqda nicat verə biləcək şey - saleh əməllərimizdir.

Hədislərdə oxuyuruq ki, o zaman ki, mömin ölər, onunla bir yerdə qəbirə 6 surət daxil olar. Onlardan biri o birilərinə nisbətən daha çox xoş ətirli, xoş üzlü və pakizədir. Onlardan biri meyitin sağ tərəfində dayanar. Biri sol tərəfində. Biri üzübəüz, biri də ayağının aşağısında dayanar. O xoş simalı olanı başının yuxarısında dayanar, qəbir əzabı və ya sorgu-sual hər tərəfdən gələndə o tərəfdə olanı buna mane olar. İçərisində xoş simalı olanı qalan surətlərə deyər: "Siz kimsiniz? Allah sizə mənim tərəfimdən xeyir cəza versin”. Sağ tərəfdə olan deyər: "Mən - namazam”. Sol tərəfdə olan deyər: "Mən - zəkatam”. Onunla üzbəüz dayanan deyər: "Mən – orucam”. Başının arxasında olan deyər: "Mən - həcc və ümrəyəm”. Ayaqlarının altında olan deyər: "Mən - mömin qardaşlarına etdiyin ehsanam”. Sonra bu beş surət o xoş simalı olana deyər: "Sən kimsən ki, bizim hamımızdan yaxşı və xoş ətirlisən?”. Cavabında deyər: "Mən – Ali-Muhəmmədin (s) vilayətiyəm”.

Əllamə Şeyx Bəhayi bir gün İsfahanın qəbiristan hücrələrinin birində yaşayan bir nəfərin ziyarətinə gedir. O arif Şeyx Bəhayiyə deyir: "Dünən gecə bu qəbiristanlıqda qəribə bir şeyi müşahidə etdim. Gördüm ki, insanlar bir cənazə gətirdilər, bu qəbiristanın filan yerində basdırdılar. Gedəndən sonra həmin qəbirdən xoş ətir gəlməyə başladı. Bu aləmin iyindən deyildi. Sağıma və soluma baxdım. Birdən gördüm ki, maraqlı paltar geyinmiş bir cavan oradan keçir. O, gəldi və həmin qəbirə çatdı. O qəbirin kənarında oturdu və birdən sanki qəbirə girdi. Bir müddətdən sonra çox narahatedici bir iy gəlməyə başladı. Bu aləmdəki hər pis iydən daha pis idi. Gördüm ki, bir it gəldi və o, da həmin qəbirin yanına gəldi. Orada gözdən itdi və çox təəccüb etdim. Elə o halda idim ki, birdən həmin gözəl simalı cavanı gördüm və o, qəbirdən bayıra çıxırdı. O, yaralanmışdı və çox narahat görünürdü. Gəldiyi yoldan da getməyə başladı. Mən onun ardımca qaçdım və həqiqəti mənə söyləməsini istədim. Cavan mənə dedi: "Mən bu ölünün xoş əməliyəm. Onunla qəbirdə bir yerdə olmağa vəzifələndirilmişdim. Bu it isə onun saleh olmayan əməlləridir. Mən onu qəbirdən çıxartmağa çalışdım. Ancaq bu it məni dişlədi və ətimi gəmirdi. Mənə qələbə çaldı. Çarəsiz qəbirdən çıxdım, indi yaralanmışam. İt qoymadı ki, mən qəbirdə qalam”. Şeyx bu qəribə əhvalatı eşidən zaman həmin arifə deyir: "Düz deyirsən. Çünki bizim belə bir etiqadımız vardır ki, insanın əməli münasib şəkildə təcəssüm olar”.

 

(Tebyan/ deyerler)

Category: Sual-cavab | Added by: Ənfal
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]