Cümə günü, 2024-04-26, 2:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Mələklər nə üçün yaradılıb?
2013-02-15, 6:46 AM
Mələklər nə üçün yaradılıb?
Bu suala bir din alimi sualla cavab verdi. "Mələklər nə üçün yaradılıb?” soran müsahibindən "çiçəklər nə üçün yaradılıb?” soruşdu. Bəli, İslam təlimlərində heç bir sual yasaqlanmasa da faydalı və gözəl bir şeyin nə üçün yaradılması barədə soruşmamaq mümkün sayılır. Faydalı və gözəl şeylər ona görə yaradılıb ki, insanlar düşünərək zövq alsın. Amma "şeytan nə üçün yaradılıb?” soruşmaq daha məntiqidir.

Mələklər "nur"dan yaradılmış, lətif məxluqlardır. İlahi əmrlərə itaət edər, daim xeyir işlər görərlər – yazır Suallarlaislam saytı.
Kainatdakı maddi, mənəvi bütün işlərdə vəzifəlidirlər. Etdikləri işlərin əhəmiyyətinə görə dərəcələri də bir-birindən fərqlidir. Ən böyükləri Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzraildir. (ə)
Daim insanla birlikdə olan mələklər vardır. Bunların bir qismi, insanların savablarını və günahlarını yazarlar. Bunlara "kiramən katibin" deyilir. İnsan heç zaman tək deyil, bu mələklərlə birlikdədir. Bu mübarək yoldaşların varlığını iman ilə hiss edən adam əsla təklik çəkməz.
Əzrail dünya həyatında ikən, ölüm anında görə biləcəyimiz tək mələkdir. Ən qiymətli varlığımız olan ruhumuzu əmanət alar, axirət aləminə aparar.
Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nəkir. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar.
Cəbrayıl əleyhissalam isə, Cənabı Haqqın, qullarına əmr və qadağanlarını bildirər; xəbərlər gətirər.
İsrafil əleyhissalam, "yenidən həyat vermə" hərəkətində vəzifəlidir. Rəbbimizin "həyat vermə" ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə bahar aylarında görülən dirilişdə "Muhyi" adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.
Mikayıl əleyhissalam isə, ruzilərin yetişdirilməsində və paylanmasında ilahi əmrləri tətbiq edən böyük mələkdir.

HaqqYolu
Elm və Mədəniyyət Bölməsi
Category: Sual-cavab | Added by: Ənfal
Views: 632 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]