Cümə günü, 2024-03-29, 0:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

İsmətli qadına zina isnad etməyin cəzası nədir?
2013-02-17, 6:46 AM

İsmətli qadına zina isnad etməyin cəzası nədir?

Cavab: İslam dinində böyük günahlardan biri də, böhtandır. Allah-təala iman gətirmiş bəndələri birliyə çağırır və müsəlman cəmiyyətini parçalayan bütün əməlləri ittiham edir. Cəmiyyətdəki nizamı pozan, hakimləri ədalətsiz qərarlar çıxarmağa sövq edən böhtançılar üçün ciddi cəzalar nəzərdə tutulur.
Bəzi böhtan söz çərçivəsindən çıxıb, günahsız insanların bədbəxtçiliyinə səbəb olur. Əksər cəmiyyətlərdə təsadüf olunan yalançı şahidləri gözünüz önünə gətirin. Onlar öz çirkin nəfs istəklərini həyata keçirmək üçün kimə gəldi böhtan yağdırır, günahsız insanların cəzalandırılmasından zövq alırlar.
Cəmiyyətdə insanların xoşbəxt həyatına əngəl törədən, onların əxlaqına təcavüz edən qruplardan biri də, zinakarlardır. Qeyri-qanuni cinsi əlaqə, bəşəriyyətin genefondunu zəhərləyən bir təzahürdür. İslam dinində zinakarlara qarşı ilahi həddlər müəyyənləşdirilmişdir. Lakin zinakarlığı iddia olunan insan, heç də həmişə deyildiyi kimi olmur. Mütləq ədalətə əsaslanan İslam, zinakar qadınlarla barışmaz olduğu qədər, ismətli qadınların da iffətini müqəddəs tutur. Qurani-kərimdə buyurulur: «İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun...» ("Nur" surəsi, ayə 4).
İsmətli qadınlara böhtan atdığı məlum olan şəxs cəzalandırıldıqdan sonra belə, gələcəkdə şahidlik haqqından məhrum edilir. Ayənin davamında buyurulur: «...Onların şəhadətini heç vaxt qəbul etməyin».
İmam Sadiq (ə) buyurur: «Müsəlmanı onda olmayan xüsusiyyətə görə ittiham edən şəxsin qəlbindəki iman əriyər. Necə ki, duz suda əriyir!» (Üsuli-kafi", mənbəə kamil deyil).

Müəllif: Məhəmməd Azəri

Category: Sual-cavab | Added by: Ənfal
Views: 647 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]