Cümə axşamı, 2024-04-18, 2:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Hal-hazırda ölənlərin məskəni haradadır?
2013-02-17, 6:44 AM
Hal-hazırda ölənlərin məskəni haradadır?
Cavab: Qiyamət günü Adəmdən bu yana bütün ölənlərin dirilib, qiyamət sorğusuna çəkiləcəyini, kiminin behiştə, kimininsə cəhənnəmə sakin olacağını bilirik. Bəs, hal-hazırda dünyadan köçənlər qiyamət gününədək harada gözləyir? Qurani-kərimdə buyurulur: «(Ölənlər geri qayıda bilməz) onların qarşısındakı qaldırılacaq günədək aralıq (bərzəx) vardır»("Möminun" 100).
Qiyamət qopan anadək ölənlərin müvəqqəti yerləşdiyi məskən ərəbcə «bərzəx» adlandırılmışdır. Bu sözün lüğəti mənası, «iki şey arasında yerləşən»dir. Ayə və hədislər dünya və axirət arasında belə bir aləmin olduğunu təsdiq edir.
İmam Sadiq (ə) buyurur: «Bərzəx, dünya və axirət arasında mükafat və cəza verilən qəbr aləmidir. And olsun Allaha, yalnız sizin bərzəx dünyanız üçün qorxuruq» ("Təfsiri Nurus-səqəleyn", c.5, səh. 553).
Bəzi rəvayətlərdə insanlar xalis mömin, xalis kafir və orta vəziyyətdə olmaqla, üç qrupa bölünürlər. Xalis möminlər bərzəx behiştinə, xalis kafirlər bərzəx cəhənnəminə gedirsə, üçüncü qrup mənsub insanlar bərzəxdən qəflət içində keçirlər.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]