Cümə günü, 2024-03-29, 5:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Doğrudurmu ki, ölülər cümə günü azad edilir?
2013-03-09, 7:04 AM
Doğrudurmu ki, ölülər cümə günü azad edilir?


Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir.
İshaq ibn Əmmar imam Kazimdən (ə) "möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: "Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”[Üsuli-kafi]

İmam Sadiq (ə) buyurmuşdur: "Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.”[Üsuli-kafi]
Category: Sual-cavab | Added by: Ənfal
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]