Çərşənbə günü, 2024-04-24, 3:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Sual-cavab

Allahın Rəsulunun (s) ziynətlər barədə nə buyurduğunu bilirsinizmi?
2013-03-10, 6:09 AM
Allahın Rəsulunun (s) ziynətlər barədə
nə buyurduğunu bilirsinizmi?



Həzrət Əli (ə) buyurur: " Bir nəfər ərəb Peyğəmbərin (s) xidmətinə gəlib dedi: - Ey Allahın Rəsulu (s) dünyanın zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Mal, övlad və qadınlar. O şəxs soruşdu:- Axirətin zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Elm, düz danışmaq və pərhizkarlıq.

O şəxs soruşdu:- Bədənin zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Az yemək, az yatmaq və az danışmaq. O şəxs soruşdu:- Qəlbin zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Allah-təalaya təzim etmək, fikirləşmək və Allah tərəfindən gələn hər bir şeyə razı olmaq. O şəxs soruşdu:- Ağılın zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Elm, helm və şükr.

O şəxs soruşdu:- iki gözün zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Nəzər etmək, ibrət götürmək və ağlamaq. O şəxs soruşdu:- İki əlin zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Mehribançılıq, kömək etmək və mömin qardaşa qarşı səxavətli olmaq. O şəxs soruşdu:- İki ayağın zinəti nədir? Allahın Rəsulu (s) buyurdu: " 3 şeydir. Namazda qiyamı uzatmaq, xeyirli işlərdə surətli olmaq və elm öyrənməyə getmək.
Category: Sual-cavab | Added by: Ənfal
Views: 645 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]