Cümə axşamı, 2024-04-18, 5:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

"Bismillah!" deməklə suyun üzündə də gəzmək olar...
2013-02-16, 10:04 PM
"Bismillah!" deməklə suyun üzündə də gəzmək olar...

 Dini təlimlərdə bizə həmişə tövsiyə edilir ki, hansısa bir işə başlamamışdan qabaq "Bismillah” deyək. Yəni həmin işi Allahın gözəl adı ilə başlayaq. Çünki hədislərdə oxuyuruq ki, əgər bir işi Allahın adını çəkmədən başlasaq, həmin işin nəticəsi olmayacaq və batil olacaqdır.


İmam Baqir (ə) buyurur: "Yaxşı olar ki, bir işə başlayan zaman - istər böyük olsun, istərsə də kiçik - "Bismillah” deyək ki, mübarək və bərəkətli olsun”.

"Bismillah” deməklə biz həm bir işi Allahın adını çəkərək başlayar, həm də Ondan yardım diləmiş olarıq. Bir işi əgər Allahın qüdrətinə söykənərək başlasaq, özümüzdə daha böyük güc hiss edərik. Çünki Allah hər bir varlıqdan qüdrətlidir. Bu əzəmət qarşısında işlərimizin çətinliyindən qorxmayacaq və məyus olmayacağıq. Niyyət və əməlimizi isə pak etmiş olacağıq.

Ayətullah Məzahiri buyurur: "İnsan o zaman ki, "Bismillah” deyər, gərək dörd hədəfi nəzərə alsın.

بسم‌ الله الرِّحمن‌ الرِّحيم Allahın adı ilə Onun əzəmətinə görə.

بسم‌ الله الرِّحمن‌ الرِّحيم işimin mübarək olması və bərəkətli olması üçün.

بسم‌ الله الرِّحمن‌ الرِّحيم işimdə Allahdan kömək almaq üçün.

بسم‌ الله الرِّحمن‌ الرِّحيم işimin Allah üçün olmasına görə, yəni tövhid və xalis niyyətlə olması üçün”.

Döyüş zamanı düşmən generallarından biri mömin generalının yanına gəlib, ona deyir: "Eşitmişəm ki, siz بسم‌ الله الرِّحمن‌ الرِّحيم kəlməsi ilə çox işlər görürsünüz. Mömin deyir: Bəli. Düşmən özü ilə gətirmiş güclü zəhəri onun əlinə tökür və deyir: Əgər düz deyirsinizsə

"بسم‌ الله الرِّحمن‌ الرِّحيم” de və bu zəhəri iç”. Mömin bu kəlməni deyir və zəhəri içir. Ona heç bir şey olmur. Halbuki, bu zəhəri hara töksən, tikə-tikə edərdi. Düşmənin planı puç olur və məyus halda geri qayıdır.

Bir gün bir məktəbin müəllimi şagirdlərinə deyir: "Hər kim بسم‌ الله الرِّحمن‌ الرِّحيم desə, suyun üstündə gedə bilər”. Şagirdlərdən biri ki, qəlbi çox təmiz idi, halal qida ilə böyümüşdü bu fikir xoşuna gəldi. Çünki məktəbə gələn zaman gərək körpüdən keçəydi ki, bu da çox zamanını alırdı. Hər gün 2-3 km getməli idi ki, bu körpünü keçə bilsin. Məktəbdən çıxan kimi xalis qəlblə bu kəlməni deyir və suyun üstü ilə getməyə başlayır. Hər gün bu cür məktəbə gedib gəlir. Ata-anası bu işə görə müəllimə təşəkkür etmək istəyirlər. Müəllimi evə dəvət etmək istəyirlər. Müəllim bu dəvəti qəbul edir və məktəbdəki dərslər qurtarandan sonra şagird gəlir ki, müəllimi evinə aparsın. Müəllim körpü tərəfinə gedir. Şagirdi deyir: Müəllim! Gəlin yolumuzu uzaq etməyək, bu suyun üstü ilə gedək. Müəllim deyir ki, axı belə olmaz. Şagirdi deyir ki, niyə "بسم‌ الله الرِّحمن‌ الرِّحيم deyək və gedək. Siz mənə bunu öyrədəndən sonra mən hər gün buraya bu kəlməni deyərək suyun üstü ilə gəlib-gedirəm. Müəllimi ah çəkib deyir: "O dil ki, səndədir, məndə yoxdur. Səndə olan qəlb də məndə yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü olan zaman Allah bəndəsinə əmr ediləcəkdir ki, cəhənnəm atəşinə daxil olsun. Cəhənnəmə yaxınlaşan zaman ona deyəcəkdir: "بسم‌ الله الرِّحمن‌ الرِّحيم” ayağını cəhənəmə qoyacaqdır. Cəhənnəmin atəşi ondan 70 il yol qədər uzaqlaşacaqdır”.

Başqa bir hədisdə oxuyuruq ki, Qiyamət günü Allah bəndəsi hesab vermək üçün hazır olacaqdır, əməl dəftərini çirkin rəftarına görə sol əlinə verəcəklər. Əməl dəftərini əlinə alan zaman dünyadakı adəti üzrə deyəcəkdir ki, بسم‌ الله الرِّحمن‌ الرِّحيم Əməl dəftərini açan zaman onu ağ görəcəkdir. Orada heç bir pis əməl yazılmış olmayacaqdır. Günahkar bəndə mələklərə deyəcəkdir: "Burada heç nə yazılmayıb axı, nə oxuyum?" Mələklər deyəcəkdir: "Bu əməl dəftərində sənin bütün pis əməllərin yazılmışdı. Ancaq

بسم‌ الله الرِّحمن‌ الرِّحيم bərəkətinə görə hamısı məhv oldu”.

بسم‌ الله الرِّحمن‌ الرِّحيم heç bir işimizdə yaddan çıxartmayaq, hər bir əməlimizə Allahın adı ilə başlayaq.



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 794 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]