Cümə günü, 2024-04-19, 8:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

İmam Baqirin (ə) müsibətli şəhadəti
2013-02-12, 4:04 PM
İmam Baqirin (ə) müsibətli şəhadəti
 Bəni-Uməyyə övladlarının vəhy əhlinə olan kin və küdurəti xüsusi məkan və zamana aid deyildi. Üməyyə səltənətliyi süqut etdikdən sonra da onlar Əhli-beytin (ə) düşməni kimi ad çıxartmışdılar. Tarix aydın şəkildə göstərir ki, bu çirkin əməl bir nəsildən başqasına necə ötürülürdü. Onlar vəhy əhlini təhqir etməkdən və onları incitməkdən əl çəkmirdilər. Onlar hətta bu əməldə bir-biri ilə yarışırdılar da.

Hişam ibni Əbdülməlik (lən) bu xəlifələr içərisində ən azğını idi. Onun xəlifəlik dövrü İmam Baqirin (ə) imamətlik dövrünə təsadüf edirdi.

Əbu Bəkr Həzrəmi deyir: "O zaman ki, Əbu Cəfəri (ə) Şama çağırdılar, Hişamın yanına getdi. Hişam ətrafındakılara deyir ki, nə zaman mən Muhəmməd ibni Əlini (ə) təhqir edib dayandım, siz onu danlamağa başlayın. İmam (ə) gəlir və hamıya bir salam verir. Hişam İmamın (ə) ancaq bir salam verməsindən və icazəsiz əyləşməsindən qəzəblənir və deyir: "Ey Muhəmməd ibni Əli!” Sonra onu təhqir etməyə başladı və dayananda ətrafındakılar davam etdilər. Hamı sakitləşəndən sonra İmam (ə) ayağa qalxdı və buyurdu: "Ey insanlar! Hansı tərəfə gedirsiniz, sizi hara çəkirlər? Allah sizin əcdadlarınızı bizim vasitə ilə hidayət edibdir. Sizlərdən sonuncusunun hidayətini də bizə tapşırıbdır. Əgər sizin bir neçə sabahlıq hökmranlığınız varsa, bilin ki, bizim də təyin edilmiş rəhbərimiz vardır ki ondan sonra heç kim hökmran olmayacaqdır. Biz aqibət əhliyik. Allah buyurub: "(Gözəl) aqibət pərhizkarlarındır»”. ("Əraf” 128). Hişam İmamın (ə) sözünü kəsir və əmr edir ki, onu zindana atsınlar.”

Ancaq çox çəkmir ki, Hişam İmamı buraxır və onunla Mədinəyə gedənlərə əmr edir ki, İmama (ə) yolda gedən zaman heç kim su və ya yemək satmasın. Üç gün İmama (ə) heç kim heç nə satmır. Xəlifə daxilində olan bu atəşi bu cür söndürə bilmişdi. Hişam çalışırdı ki, möminlərin arasında münaqişə salıb, İmamı (ə) pərişan etsin. İmama (ə) qarşı çıxan Əlhi-beyt (ə) davamçılarından biri Zeyd ibni Həsən idi.

Hişam xəyallarında İmamı (ə) dəfələrlə qətlə yetirmişdi. Bunun üçün münasib bir fürsət axtarırdı. Bəzilərinin yazdığına görə Hişam əziz İmamı (ə) Zeydin əli ilə şəhid edir. O, atlardan birini başdan-ayağa zəhərə bulaşdırır və Zeydin vasitəsilə İmama (ə) bağışlayır. Zeyd bu atı İmamın (ə) evinə aparır və İmam (ə) onu görən kimi buyurur: "Vay olsun sənə ey Zeyd! Etmək istədiyin iş necə də ağır işdir”. Həzrət (ə) ata minəndə zəhər bədəninə yayılır. İmamın (ə) ayaqları tutulur və üç gündən sonra şəhid olur. İmam (ə) 114-cü Hicri ilində 58 yaşında şəhid olur.

İmam (ə) dünyasını dəyişməmişdən qabaq vəsiyyət edir ki, 10 il Minada onun üçün matəm saxlasınlar və bunun üçün 800 dirhəm pul qoyub gedir. İmam Baqir (ə) oğlu Həzrət Cəfərə (ə) buyurur: "Ey Cəfər! Mənim malımdan on il mənim üçün ağlayanlar üçün Minada yer vəqf et. Matəm adətini hər il təzələyin və mənim məzlumiyyətimə ağlayın”.

İmam Cəfər (ə) atasını Bəqi qəbiristanlığında, İmam Həsənin (ə) mübarək məzarının kənarında dəfn edir. Mədinə camaatı dəstə-dəstə ona başsağlığı vermək üçün gəlirdilər.



(Həvzəh/Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 578 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]