Cümə axşamı, 2024-04-25, 4:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dünyadan narazılar – behişti bu dünyada axtaranlardır
2013-01-22, 11:35 AM
Dünyadan narazılar – behişti bu dünyada axtaranlardır

"Allahım, torpağın bir daha həyat iyi vermir. Dünyanın nəyi ilə özümü xoş edim ki?”.


Əgər dünyanı olduğu kimi və bütün çətinlikləri ilə tanısaq, onda rahatlıqla yaşaya bilərik. Rahat yaşamaq dünyanı tanımaqla mümkündür.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Əgər dünya haqqında mən bildiklərimi bilsəydin, canlarınız rahatlıq hiss edərdi”. Başqa bir hədisdə oxuyuruq: "Hey, ey insanlar! Bu (dünya) əziyyət evidir, şadlıq evi deyildir. Qarışıq bir evdir, sadə ev deyildir. Ona görə də hər kim onu tanıyar, arzusu yerinə yetən zaman şad olmaz. Nakam olan zaman qəmgin olmaz”.

İmam Əli (ə) buyurur: "O kəs ki, dünyanı tanıyar, müsibətlərə görə qəmgin olmaz”.

Həzrət (ə) buyurmur ki, dünyada ancaq xoşluqlar olmalıdır. Buyurmur ki, dünya xoşluqla və rahatlıqla doludur. Bəlkə buyurur ki, əgər dünyanı həqiqətən tanısanız, çətinliklərə baxmayaraq, yenə də narahatlıq və narazılıq hiss etməyəcəksiniz. Din insanı elə tərbiyə edir ki, çətinliklərin pik nöqtəsində belə insan naümid və qəmgin olmur.

Siz dünyanı necə təsəvvür edirsiniz? Əgər bu suala cavab verə bilsəniz, cavabınıza bir nəzər salın. Verdiyiniz cavabda görəcəksiniz ki, dünyanı olduğu kimi görürsünüz, yoxsa özünüz istədiyiniz kimi təsəvvür edirsiniz?

İnsan həmişə xatırlamalıdır ki, bura dünyadır, behişt deyildir. Allah Musaya (ə) belə vəhy edir: "Ey Musa! Altı şey altı mövqedə qərar tutur. İnsanlar onu altı şeydə axtarır, heç bir vaxt onu əldə edə bilmir. Mən rahatlığı behiştdə qərar vermişəm, insanlar onu dünyada tələb edirlər...”. Ona görə də bu dünyadan narazı o kəslərdir ki, behişti bu dünyada axtarırlar. Əgər insan dünyada behişti gözləsə, intizarları ilə həyatın həqiqətləri arasında həmahənglik yaranmaz. Nakam olar və onun bu nakamlığı ona pisxoloji təzyiq göstərər. Nəticədə bu cür insan həyatdan narazı olar.

Ancaq dünyanı olduğu kimi tanısaq və qəbul etsək, həyatda rahatlıq tapa bilərik. Behiştdə nə istəyiriksə olacaqdır, ancaq dünyada olanları istəmək lazımdır. Əgər insan həyatda olanları qəbul etsə, xüsusi rahatlıq əldə edər və fəaliyyət göstərmək üçün müsbət enerjiyə malik olar. Heç bir zaman da naümid olmaz.

Allah Təala tərəfindən təyin edilən təqdirlər - bizim üçün İlahi imtahanlardır. Bu imtahanlar insanı İlahi səadətə yönləndirən bir sürücüdür. "Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. ("Zariyat” 56). Çünki insanın səadəti bu yolla təmin edilir.

Bu həyatın imtahan həyatı olmasına diqqət edən insan, onun bütün çətinlikləri qarşısında mətanət göstərir. "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”. ("Mulk” 2).

İnsan yaddan çıxarmamalıdır ki, dünya məhdud bir yerdir. Hər halda zamanı məhduddur. Ona görə onun başına gələn müsibətlər də məhduddur. Bunu xatırlamaq insana bu müsibətlərə dözmək üçün güc və qüvvə verir. "Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar”. ("Təlaq” 7).

Əgər maşın xarab olarsa, maşın ustası onun zəif və güclü tərəflərini müəyyən edərək, düzəldər. Çətinliklər də bizə yardım edir ki, güclü və zəif cəhətlərimizi tanıyaq. Zəifləri möhkəmləndirək və inkişaf etdirək. Müsibətlərin bizə bəxş etdiyi başqa bir üstün amil səbirli olmağımızdır. İnsan bu müsibətlər nəticəsində səbir etməyi öyrənir. Allah buyurur: "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. ("Bəqərə” 153).

İnsana bəla gələn zaman ayılır və Allaha üz çevirir, Ondan yardım diləyir. "Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar”. ("Ənam” 42).

Səbah ibni Səyabə nəql edir ki, İmam Sadiqə (ə) dedim: "Möminin başına gələn bəlalar günahına görədir?” Buyurdu: "Yox, bəlkə ona görədir ki, Allah Təala onun naləsini və duasını eşitsin. Nəticədə ona yaxşılıq yazar, çirkinlikləri tökülər”.

Allah bəlanı göndərir və bu bəladan nicat tapmaq yolunu da bəndəsinə öyrədir. Buyurur: "Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur”. ("Təlaq” 2-3).

Dünyada rahatlıq hiss etmək istəyiriksə, onu olduğu kimi görək, təsəvvür etdiyimiz kimi görməyə çalışmayaq. Çünki bu zaman yaşamaq sevincimiz olar və buranın behişt olmadığını xatırlayarıq.


(Tebyan/Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]