Cümə günü, 2024-03-29, 5:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Digər məlumatlar » Digər məlumatlar

Dünya və axirətdə fayda verəcək şey
2013-02-06, 10:05 AM
Dünya və axirətdə fayda verəcək şey

Səduq nəql edir ki, Qeys ibni Asim deyir: "Mən Təmim qəbiləsinin bir neçə üzvü ilə yerdə Peyğəmbərin (s) xidmətinə gəlmişdim. Həzrətə (s) dedim ki, bizə moizə desin. Çünki biz səhrada yaşayan bir qəbilə idik və Peyğəmbərin (s) xidmətinə həmişə gələ bilmirdik. Həzrət (s) buyurdu: "Ey Qeys! Həqiqətən, hər bir izzətin zilləti vardır. Həyatın ölümü, dünyanın axirəti vardır. Hər bir şey üçün hesab və hər bir şeyin himayəçisi vardır. Hər bir çirkin işin cəzası və hər bir əcəl üçün təqdir vardır. Ey Qeys! Şübhəsiz ki, sənin bir bənzərin vardır ki, səninlə dəfn olar və o, sağdır. Sən də onunla dəfn olunarsan, ölü olarsan. Əgər o bənzərin kərimdirsə, səni hadisələrdən amanda saxlayar. Əgər pisdirsə, səni təhlükəyə və bəla tufanına salar. O, Qiyamət günü sənsiz məhşur olmaz, sən də o, olmadan canlandırılmazsan. Səndən sorgu-sual etməyəcəklər, ondan edəcəklər. Ona görə də onu saleh qərar ver, əgər saleh olarsa, onunla ünsiyyət quracaqsan. Əgər fasid olarsa, ondan başqa heç nədən dəhşətə gəlməzsən. Bu, sənin əməlin və rəftarındır”.


İbni Əbi Hədid "Nəhcul-bəlağə”nin şərhində yazır: "Peyğəmbər (s) ən son xütbəsində buyurmuşdu: "Ey insanlar! Bilin ki, sizlərdən heç biri ilə Allah arasında qohumluq yoxdur. Elə bir şey yoxdur ki, onun vasitəsilə özünüzə xeyir qazandırasınız. Ya hansısa şəri özünüzdən uzaqlaşdırasınız. Məgər əməllərinizlə. Agah olun! Heç bir iddiaçı bu iddianı etməsin və heç bir təmənna qoyan bu təmənnanı etməsin ki, mən hansısa qohumluğa görə, ya başqa bir məsələyə görə xilas olmuşlardanam. Məgər əməldən başqa. Məni məbus edən Allaha and olsun ki, insana əməldən başqası nicat verməz. Mən də əgər günah etmişəmsə, Allaha itaətsizlik etmişəmsə, öz dərəcəmdən süqut etmişəm və açlaqlığa düşmüşəm. Allahım! Həqiqətən mən bu mövzunu çatdırdım, təbliğin öhdəsindən gəldim”.



Məclisi nəql edir: "Peyğəmbər (s) Məkkəni fəth edəndən sonra Səfa dağının yuxarısına gedir və fəryad çəkir: "Ey Haşim övladları! Ey Əbdulmüttəlib oğlanları!” Bütün Haşim və Əbdülmüttəlib övladları toplaşdı. Həzrət (s) buyurdu: "Mən sizə elan edirəm ki, mən həqiqətən Allahın göndərilmişiyəm. Həqiqətən, mən sizə qarşı şəfqətli və mehribanam. Deməyin ki, Muhəmməd bizdəndir. Allaha and olsun ki, mənim dostlarım və məni sevənlər sizdən və sizdən qeyrisi deyildir. Məgər saleh əməl sahibləri! Mən sizi Qiyamət günü yanıma gələndə bu cür tanımayacağam. Dünyanı boyunlarınızda gəzdirəcək və çəkəcəksiniz. Başqaları gələcəkdir ki, axirəti gəzdirir və özləri ilə gətirirlər. Agah olun! Mən həqiqətən bunları bəyan edərək, sizin üzr yolunuzu bağlamışam. Hüccəti tamam etmişəm. Həqiqətən, mənim üçün mənim əməlimdir, sizin üçün isə sizin əməliniz”.

İmam Sadiq (ə) buyurur: "Sən Allahın günahını işlədirsən, halbuki Onu sevdiyini bəyan edirsən. Əgər Allaha sevgidə sadiq olsan, gərək Ona itaət edəsən. Çünki, sevən insan öz həbibinə itaət edər”.

Bəli, bu hədislərdən belə nəticə çıxartmaq olar ki, bizə həm bu dünyada və həm də axirətdə fayda verə biləcək şey - əməllərimizdir, saleh əməllərimiz!



(Tebyan/ Deyerler.org)
Category: Digər məlumatlar | Added by: Ənfal
Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]