Çərşənbə günü, 2024-04-24, 12:53 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Rukunun 18 qaydası
2013-03-14, 7:11 AM
Rukunun 18 qaydası
Ruku - namaz qılan şəxsin namazın hər rükətində qiraətdən sonra əllərini dizinə qoya biləcək həddinə ayırıb lazımi zikri oxumasına deyilir.

Rukunun vacib şərtləri.

1. Əllər diz qapaqları bərabərinə çatana qədər əyilmək.
2. Rukunun zikrini oxumaq.
3. Rukunun zikri deyildiyi zaman bədənin hərəkətsiz olması.
4. Rukudan sonra qalxıb dayanmaq.
5. Rukudan sonra bədənin hərəkətsiz vəziyyət alması.


Rukunun zikri.

Rukudan istənilən zikri demək olar. Lakin daha yaxşı olar ki, ya üç dəfə " Subhanəllah" (Allah pakdır) və ya bir dəfə " Subhanə Rəbbiəl əzimi və bihəmdi" (Böyük olan Allah pakdır və şükürlər Onadır) zikri deyilsin.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!) ("Həcc" 77)

Rükunun digər qaydaları

7. Rükunun vacib zikri deyildiyi zaman bədən hərəkətsiz olmalıdır.
8. Rüku həddinə əyilməzdən əvvəl onun zikrini demək namazı batil edir.
9. Vacib zikr qurtarmazdan əvvəl başı rükudan qaldırmaq namazı batil edir.
10. Başı səhvən rüku halından qaldırdıqda və rüku halından çıxmazdan əvvəl zikrin axıra qədər deyilmədiyi yada düşsə, rükunun zikri bədən hərəkətsiz olduqdan sonra yenidən deyilməlidir. Rüku halından çıxdıqdan sonra xatırlandıqda isə namaz düzgün hesab olunur.
11.Əlləri və dizləri normal insanın əl və dizlərindən uzun olan şəxslər rükuda normal insan əyildiyi qədər əyilməlidir.
12. Oturaq halda namaz qılan şəxs üzü dizləri bərabərinə çatacaq qədər əyilməlidir. Daha yaxşı olar ki, üzü səcdə etdiyi yerə qədər əyilsin.
13. Rükunun vacib zikri deyildiyi zaman bədən öz tarazlığını itirərsə, yaxşı olar ki, bədən hərəkətsiz olduqdan sonra zikr yenidən təkrarlansın.
14. Xəstəlik və digər səbəblər üzündən qeyri-ixtiyarı olaraq rükuda hərəkətsiz qala bilməyən şəxslərin namazı düzgündür.
15. Xəstəlik və digər üzürlü səbəblər üzündən rükuya əyilə bilməyən şəxslər müəyyən bir şeyə söykənib rüku etməlidirlər. Söykəndiyi halda rükunu adi qaydada edə bilməyən şəxslər mümkün qədər eyilməyə çalışmalıdırlar. Ümumiyyətlə, əyilə bilmədikdə rüku halında oturmalı və oturaq vəziyyətdə rüku etməlidirlər.
16. Oturaq halda namaz qılan şəxslər rükunu əllərini diz qapaqlarına qoyub dizə qədər əyilməlidirlər. Uzanılı vəziyyətdə namaz qılan şəxslər isə uzandıqları halda əllərini diz qapaqlarına qoyub gözləri ilə işarə etməlidirlər. Ümumiyyətlə, hərəkət edə bilməyənlər gözləri ilə rükuya işçarə edib onun zikrini deməlidirlər.
17. Rükunu unudub onu səcdədən əvvəl xatırlayan şəxslər yaxşı olar ki, qalxıb onu yerinə yetirsin. Yaxşı olar ki, rükuya getməzdən əvvəl təkbir - "Allahu əkbər" zikrini desin, rüku halında dizlərini arxaya versin (bu, kişilərə aiddir), kürəyini düz saxlasın, ayaqlarının arasına baxsın, zikrdən əvvəl və sonra salavat desin, rükudan qalxadıqda isə "Səmiəllahi limən həmidə (Allah Onu həmd edəni eşidir) zikrini desin.
18. Qadınlar rükuda olduqları zaman yaxşı olar ki, əllərini dizlərindən bir qədər yuxarıya qoysunlar və dizlərini arxaya verməsinlər.

Allah qəbul eləsin!
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 800 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]