Cümə günü, 2024-03-29, 4:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Qurani-kərimdə namazlar barədə
2013-03-14, 6:11 AM
Qurani-kərimdə namazlar barədə

Nur çeşməsi.

1. Camaat namazı



وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ

"Namaz qılın, zəkat verin və rüku edənlərlə birgə rüku edin!"("Bəqərə", 43)

2. Cümə namazı

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ فَإِذَا قُضِيَتِ الصَّلَاةُ فَانتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِن فَضْلِ اللَّهِ وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

"Ey iman gətirənlər! Cümə günü namaza səslənilərkən Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bu sizin üçün (ticarətdən) daha faydalıdır, əgər bilsəydiniz (ondan yayınmazdınız)! Namaz qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən (ruzi) diləyin! Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız!" ("Cümə", 9-10)

3. Xof namazı


وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا

"Səfərdə olarkən kafirlərin sizə zərər yetirəcəklərindən qorxduğunuz təqdirdə, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndirlər!" ("Nisa", 101)

4. Gecə namazı

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

"Gecənin bir vaxtını oyaq keçir (ibadətə həsr et) ki, bu yalnız sənə xasdır (bura gecə nafilələri daxildir)! Ümid olunur ki, Rəbbin səni bəyənilən məqama yüksəltsin (böyük şəfaət məqamı)!" ("İsra", 79)

5. Meyit namazı

وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَىَ قَبْرِهِ إِنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَرَسُولِهِ وَمَاتُواْ وَهُمْ فَاسِقُونَ

"Onlardan (münafiqlər) ölən heç bir kəsə heç vaxt namaz qılma və qəbrinin başında da durma! Çünki onlar Allahı və peyğəmbərini dandılar və fasiq olaraq öldülər!" ("Tövbə", 84) (almustafa)

azadxeber.az


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 883 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]