Şənbə günü, 2024-04-20, 4:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namazın ən üstün hissəsi, uzun-uzadı qünut tutmaqdır
2013-03-14, 6:09 AM
Namazın ən üstün hissəsi, uzun-uzadı qünut tutmaqdır


Nur Çeşməsi.

Allah tərəfindən peyğəmbərlərə 104 kitab nazil olmuşdur. 50 səhifə Şeysə (ə),

30 səhifə İdrisə (ə), 20 səhifə İbrahim peyğəmbərə (ə), Davuda (ə) Zəbur, Musaya (ə) Tövrat, İsaya (ə) İncil, Məhəmmədə (s) Quran nazil olmuşdur.

Cənnətin səkkiz qapısı var.

Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var.

Şeytan dörd dəfə - ona lənət oxunanda, yer üzərinə atılanda, Məhəmməd peyğəmbərliyə (s) seçiləndə və "Fatihə" surəsi nazil olan gün fəryad etmişdir.

Adəm və Həvva fəqət səkkiz saat cənnətdə olmuşlar.

Allahın adının min dəfə zikr olunduğu dua, "Cövşən-Kəbir" duasıdır.

Yerin və göyün yaradılması altı gün çəkdi.

Hər bir gün isə əlli min ilə bərabər idi.

Qırx il Quran ayələri ilə söhbət edən xanım, həzrət Fatimənin (s) kənizi Fizzə idi.

Namazı ilk vaxtda qılan şəxslərə Əzrayıl (ə) özü

"La ilahə illəllah"ı təlqin edəcək və şeytanı onlardan uzaqlaşdıracaqdır.

Min aydan üstün olan gecə "Qədr" gecəsidir.

Məhəmməd peyğəmbərin (s) buyurduğuna görə: "Cənnət dörd nəfərin

intizarındadır"; onlar həzrət Əli (ə), Əbuzər Qifari, Salman Farsi və Miqdaddır.

Əməlləri əməl dəftərinə qeyd edən iki mələk "Ətid" və "Rəqib" adlanır.

Namazın ən üstün hissəsi, uzun-uzadı qünut tutmaqdır.

Əzrayıl (ə) gündə beş dəfə insanların üzünə baxır.

Qiyamətin bir günü əlli min ilə bərabərdir.

Həzrət Əlinin (ə) atasının adı İmrandır.

Yer üzündə həzrət Məhəmmədə (s) bağışlanılan xəzinə "Ayət əl-kürsi"dir.

("Bəqərə", 255-257)

İnsana verilən ən üstün nemət ağıldır.

"Aşura" ziyarətnaməsi İmam Baqirdən (ə) nəql olunmuşdur. (almustafa)
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]