Cümə günü, 2024-03-29, 5:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

NAMAZIN ƏHƏMİYYƏTİ
2013-03-13, 7:38 AM
NAMAZIN ƏHƏMİYYƏTİ
Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: "Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”[Meryem" suresi aye 31]
İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.
Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”["Ibrahim "suresi aye 37]
Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: "İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”[Bihar" 81-ci cild]
Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.[Nehcul-belage 237-ci hikmet]
Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.

Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.
Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: "Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”["Hud"suresi aye 114]

NAMAZI TƏRK ETMƏK

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: "Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: "Biz namaz qılanlardan deyildik.”[Muddesir"suresi aye 42]
Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.”["Maun"sursi aye 4-5]
Allahın rəsulu (s) buyurur: "Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”[162] "Namazın tərki İslamla küfr arasında sərhəddir.”[Nehcul-fesahe.1098-ci cumle]

NAMAZA E’TİNASIZLIQ

Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza e’tinasızlıq isə mə’nəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: "Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.” "Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.”
"Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.”
İslam Peyğəmbəri (s) buyurdu: "Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...”
Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.”
"Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.”
Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: "Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...”

Möhsin Qəraəti


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 691 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]