Çərşənbə günü, 2024-04-24, 12:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

NAMAZ VӘ ONA BAĞLI OLAN MӘSӘLӘLӘR
2013-03-14, 7:09 AM
NAMAZ VӘ ONA BAĞLI OLAN MӘSӘLӘLӘR

Allah-taalanın bizə vacib etdiyi əməllərin ən mühümü namazdır. Bu fəsildə namaz haqqında olan söhbətimizi Quranın bu iki ayəsi ilə başlayırıq.

إِنَّنِي أَنَا اللَّهُ لَآ إِلَهَ إِلَّآ أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَواةَ لِذِكْرِي

«Həqiqətən Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və və məni yada salmaq üçün namaz qıl! (Taha surəsi, ayə 14)
Başqa ayədə buyurulur:

اتْلُ مَآ أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَواةَ إِنَّ الصَّلَواةَ تَنْهَى عَنِ الْفَحْشَآءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

«Həqiqət namaz insanı çirkin və pis işlərdən çəkindirir. (əl-Әnkəbut surəsi, ayə 45)
İmam Baqir (əleyhis-salam) namaz haqqında belə buyurmuşdur:

قالَ اَلْأِمامُ الْباقِرُ عَلَيْهِ السَّلامُ
اَوَّلُ مايُحاسَبُ بِهِ الْعَبْدُ اَلصَّلوةُ فَاءِنْ قُبِلَتْ قُبِلَ ما سِواها

«Qiyamət günündə insandan soruşulan birinci əməl namazdır. Әgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunar. (Әks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir.» (Biharul ənvar, cild 82, səh: 236)
Başqa bir hədisdə Rəsuli Әkrəm (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur:

قالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ:
سَمِعْتُ مُنادِيًا يُنادِى عِنْدَ حَضْرَةِ كُلِّ صَلَواةٍ فَيَقُولُ يابَنى آدَمَ! قُومُوا فَاَضْفَؤُوا عَنْكُمْ ما أَوْقَدْ تُمُوهُ عَلى اَنْفُسِكُمْ

«Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey Adəm övladı! Namaza qalxın və öz əleyhinizə hazırladığınız (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün.»(Müstədrəkul-Vəsail, cild 3, səh: 102)
Әgər insan gündə beş dəfə yuyunsa bədəni çirkdən təmizləndiyi kimi, gündəlik qılınan beş namaz da insanı günah aludəliklərindən təmizləyər.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur:

قالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ:
اَلصَّلوةُ عَمُودُ الدِّيْنِ

«Namaz dinin sutunudur.» (Biharul ənvar, cild 82, səh: 218)
Bildiyiniz kimi namaz dinin ən zəruri məsələlərindən biridir. Bütün şeylərin möhkəmliyi öz sutunu ilə bağlı olduğu kimi, dinin də möhkəmliyi onun sutunu sayılan namazla bağlıdır. Bu sözümüz yuxarıda qeyd olunmuş hədisdən açıq-aşkar başa düşülür.
Müsəlmanlığı qəbul edən hər bir kəs (həddi buluğa çatdıqdan sonra) gündə beş vaxt Allah hüzurunda dayanaraq namaz qılmalıdır. Allahla bəndə arasında olan bu əməl Allahın əmrinə itaət etmək və yalnız Onun razılığını əldə etmək üçün qılınmalıdır.
Doğrudur Allahın bizim namazımıza ehtiyacı yoxdur. Әksinə bizim Allaha və onunla əlaqə yaratmaq üçün vasitə olan namaza ehtiyacımız vardır. Namaz yorğun ruhları dincəldən, cana səfa verən və bəndə ilə Allah arasında həmişə bağlılıq yaradan vasitədir. Zəif insan ilə qüdrətli və uca Allah arasında olan bu əlaqə, insanı çətinliklər qarşısında qüvvətləndirir. Namaz Allah-taalanın daha çox sevdiyi əməllərdən biridir. Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur:

«قالَ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ:
وَالصَّلواةُ فَرِيْضَةٌ تَعْدِلُ عِنْدَ اللَّهِ أَلْفَ حِجَّةٍ وَألْفَ عُمْرَةٍ مَبْرُراتٍ مُتَقَبِّلاتٍ»

«Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.»(Biharul-ənvar, cild 99, səh: 14)
Məsum İmamlarımız (əleyhimus-salam) namaza xüsusi yer verərək, Allah-taala qarşısında bəndəçilik, kiçiklik izhar etmək, təvazökarlıq ilə dayanaraq, onunla (Allahla) razı niyaz edərdilər. Onlar Allahın hüzurunda dayananda Onun əzəmətini dərk edir, bütün varlıqları ilə Allaha diqqət yetirir və Ondan başqa heç nəyə bağlı olmurlar. Məsələn:
-Həzrəti Әli (əleyhis-salam)-ın ayağına batmış oxu namaz üstə çəkib çıxarmışlar amma o həzrətin heç xəbəri belə olmamışdır
-İmam Həsən (əleyhis-salam) namaz vaxtı olanda Allahın xovfundan rəngi saralardı.
-İmam Hüseyn (əleyhis-salam) Aşura günü yaralı halda, düşmən mühasirəsində belə namazı unutmamışdır.
-Dördüncü İmamımız Әli ibni Hüseyn (əleyhis-salam) isə çoxlu ibadət etdiyindən Zeynul-Abidin ləqəbi ilə şöhrət tapmışdır.
-Dediklərimizdən belə məlum olur ki, İmamlarımız (Allahın salamı onlara olsun) namaza daha çox əhəmiyyət vermişlər. İmamları özünə numunə bilən hər bir müsəlman isə namaz qılmalıdır.
Namaz Allah-taalanın verdiyi nemətlərin şükrünü bildirmək üçün ən yüksək numunədir. Daha yaxşı olar ki, insan namazı öz əvvəl vaxtında qılsın. Hər kəs namazı yünkül saysa namaz qılmayanlar kimidir. İmam Cəfər Sadiq (əleyhis–salam) bu haqda buyurmuşdur:

«قالَ الْأِمامُ الصّادِقُ عَلَيْهِ السَّلَامُ :
إِنَّ شَفاعَتَنا لَنْ تَنالَ مُسْتَخِفًّا بِالصَّلواةِ»

«Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz»(Biharul ənvar, cild 82, səh: 236)
Qurani-Kərimdə Allah-taala belə buyurur:
«Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər. (Yəni səhlənkarlıqları üzündən namazı vaxtı-vaxtında qılmazlar.» (Maun surəsi, ayə 4-5)
Qeyd etmək lazımdır ki, kitabın bu fəsli dörd hissədən təşkil tapır.
1-ci hissə: Qüsl və onun alınma qaydası.
2-ci hissə: Dəstəmaz və onun alınma qaydası.
3-cü hissə: Qüsl və dəstəmaz əvəzinə təyəmmümün alınma qaydası.
4-cü hissə: Namazın qılınma qaydası
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 704 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]