Cümə günü, 2024-03-29, 1:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz, ruku, ibadət
2013-03-14, 7:13 AM
Namaz, ruku, ibadət
Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)
("Həcc" surəsi, ayə 77)

Namazın bütün rükətlərində qiyamdan (həmd-surəsi və təsbihat ərbəəni oxuduqdan) sonra əllərini dizinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ ruku deyilir.

Zikr
Rukuda istənilən zikri demək olar. Amma yaxşı olar ki, ya üç dəfə "Subhanəllah" ya da bir dəfə "Subhanə rəbbiəl əzimi və bihəmdi" zikri deyilsin.

İstiqamət
Rukuya əyilərkən ya səcdə olunan nöqtəyə, ya da ayağın baş barmaqlarının ucuna baxmaq lazımdır. Rukuda ikən üzü sağ, yaxud sol tərəfə çevirmək olmaz.

Zərurət
Zərurət üzündən (həşəratı öldürmək, nəyisə götürmək və s.) ruku qədər əyilmək hesab olunmur (bu kimi halda namaz batil olmur).

Ölçü
Əl və dizlərin ölçüsü adı insanların əl və dizlərindən qısa, yaxud böyük olanlar normal insanların əyildikləri qədər əyilməlidirlər.

Çarəsizlik
Çarəsizlikdən oturaq vəziyyətdə namaz qılan şəxs üzü dizlərinin müqabilinə çatana qədər əyilməlidir.

Müvazinət
Rukunun zikrləri deyildiyi zaman bədən aram olmalıdır. Bu məsələyə vacib zikr deyildiyi zaman daha çox diqqət yetirmək lazımdır.

Lazimi hədd
Lazımi qədər əyilmədən və bədən aram olmadan rukunun zikrini demək namazı batil edir. Rukunun vacib zikrini demədən qəsdən başı qaldırmaq namazı batil edir. Səhvən başı qaldırdıqda isə nə qədər ki, ruku halından qalxmayıb bədəni aram edib rukunun zikrini demək lazımdır. Qalxadıqdan sonra xatırladıqda isə namaz batil olmur.

Xəstəlik
Xəstəlik və müxtəlif səbəblər üzündən bədənin müvazinətini saxlaya bilməyən şəxslərin namazı düzgündür.

İstisna
Rukuya adi halda əyilə bilməyən şəxslər bir şeyə söykənərək zikri deməlidirlər. Söykənmək mümkün olmadıqda mümkün qədər əyilmək lazımdır. Ümumiyyətlə, əyilmək mümkün olmadıqda oturaq vəziyyətdə ruku edib zikrini demək lazımdır. Otura bilməyən və uzanaraq namaz qılan şəxslər isə ruku zikrini dediyi zaman başı ilə işarə etməlidir. Mümkün olmadıqda ruku niyyəti edib, sonra işarə etmək lazımdır. Bu da mümkün olmadıqda qəlbində ruku niyyəti tutub zikrini demək lazımdır.

Fasilə
Rukudan birbaşa səcdəyə getmək olmaz. Bunun üçün ilk növbədə, ayaq üstə dayanmaq, sonra səcdəyə getmək lazımdır. Əks halda namaz batil olur.

Unutqanlıq
Ruku unudulub səcdəyə əyilməzdən əvvəl xatırlanarsa, ayağa qalxıb ruku yerinə yetirmək lazımdır. Yarıəyilmiş halda rukuya qayıtmaq namazı batıl edir.

Xatırlamaq
Səcdəyə əyilməzdən əvvəl rukunun yerinə yetirilmədiyi xatırlanarsa, yaxşı olar ki, ayağa qalxıb yerinə yetirsin. Namazı qurtardıqdan sonra isə onu yenidən qılmaq lazımdır.

Müstəhəb zikr
Yaxşı olar ki, rukudan qalxarkən "Səmiəllahu ilmən həmidəh" (Allah ona şükür edəni eşidər), qalxdıqdan sonra isə təkbir "Allahu əkbər" zikri deyilsin.

Duruş
Ruku vəziyyətində yaxşı olar ki, dizlər arxa tərəfə verilsin, kürək düz, boyun isə çəkilib kürək ilə bərabər səviyyədə saxlansın.

Qadın rukuda
Qadınlar ruku halında olduqları zaman yaxşı olar ki, dizlərini arxaya verməsinlər, əlləri isə dizlərindən bir qədər yuxarıya qoysunlar.

Vacib zikr

Vacib zikr deyildikdə ya üç dəfə "Sübhanəllah", ya da bir dəfə " "Səmiəllahu ilmən həmidəh" zikrlərinin deyilməsi nəzərdə tutulur. Lakin bu vacib zikrlərlə yanaşı, rukuda istənilən zikrləri 5, 7 və daha artıq demək olar.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 746 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]