Cümə günü, 2024-04-19, 11:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

NAMAZ QILANIN MƏQAMI
2013-03-14, 6:02 AM
NAMAZ QILANIN MƏQAMI


Namaz haqqında nə qədər çox danışsaq da, kifayət etməz. Çünki bitib- tükənməyən bir xəzinədir namaz. Bütün həyatımız və axirətimiz qıldığımız namazlardan aslıdır desək, yenə namaza layiq olduğu dəyəri verməkdə aciz qalarıq, məncə. Nə qədər çox hədis və ayələr oxusaq, bir o qədər namaza mərifətimiz artar. Namazdakı məqamımız və halımız da dəyişər.
Allahın Peyğəmbəri (s) buyurub: "Namazda olduğun müddətdə Qadir padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır”.
İmam Əli (ə) buyurub: "Əgər namaz qılan, Allahın cəlalından hansı tacının onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi”.
İmam Əli (ə) buyurub: "Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis paxıllıqla ona baxar”.

Namazda xuşu (Allahın qarşısında kiçilərək Ona müti olub boyun əymək).
"Həqiqətən, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu halında olarlar”. ("Muminun surəsi”, ayə 1-2)
Allahın Peyğəmbəri (s) buyurub: "Namazda xuşu (və mütilik) halında olmayanın namazı, namaz deyil”.
Allahın Peyğəmbəri (s) "xuşu nədir?” sualının cavabında buyurub: "Namazda mütilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır”.
Cəfər ibn Əli Qummi nəql edir: "Allahın Peyğəmbəri (s) namaza dayanan zaman Allah Təalanın qorxusundan üzünün rəngi qaçırdı”.
İmam Əli (ə) buyurub: "İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz”.
"Dəaimul-İslam”da deyilir: "İmam Əli (ə) namaza dayananda möhkəm bina, ya düz sutun kimi tərpənməzdi. Bəzən rükuda, səcdə halında (o qədər aram və hərəkətsiz) olurdu ki, quş gəlib o Həzrətin (ə) belində otururdu. Əli ibn Əbutalibdən (ə) və Əli ibn Hüseyndən (ə) başqa heç kəsin Peyğəmbərin (s) namazı kimi namaz qılmağa taqəti yox idi”.
"Biharul-Ənvar”da deyilir: "İmam Əli (ə) dəstəmaz almağa başlayanda, Allah qorxusundan üzünün rəngi dəyişərdi”.
"Biharul-Ənvar”da deyilir: "Xanım Fatiməyi-Zəhranın (s.ə) namazda Allah Təalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi”.
"Biharul-Ənvar: "İmam Həsən (ə) dəstəmaz alanda üzünün rəngi dəyişərdi. Bədəninin oynaqları titrəyərdi. Bunun səbəbini soruşduqda, buyurdu: "Ərşin Allahının qarşısında dayanan şəxsin rəngi dəyişməli və bədəninin oynaqları titrəməlidir”.
"Dəaimul-İslam”: "O Həzrət (İmam Səccad (ə)) namaz üçün dəstəmaz alanda və özünü namaz qılmağa hazırlayanda üzü saralar və rəngi qaçardı. Bir dəfə bu barədə soruşduqda, buyurdu: "Mən böyük Padşahın qarşısında dayanmaq istəyirəm”.
İmam Baqir (ə) buyurub: "İmam Səccad (ə) namaza dayananda, sanki ağacın gövdəsi olurdu. Küləyin əsməyi ilə hərəkətə gələn şeylərdən başqa, ondan heç nə tərpənmirdi”.
Əbu Əyyub: "İmam Baqir (ə) və İmam Sadiq (ə) namaza dayananda üzlərinin rəngi qaçardı. Gah qızarar, gah da saralardı, sanki gördükləri bir kəsə öz sirlərini pıçıldayırdılar”.
Allah bizi namazı mərifətlə qılanlardan etsin, inşaallah.

Pərvin Nəsirova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
deyerler.org
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]