Cümə günü, 2024-04-19, 5:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Namaz qılanın 12 olar-olmazları
2013-03-14, 7:21 AM
Namaz qılanın 12 olar-olmazları
Məsciddə namaz qılan şəxs bir neçə məqama xüsusi diqqət yetirilməlidir.

1. Camaat namazı qılınan məscidlərdə namazını tək qılmaq əvəzinə, camaatla birlikdə qılsa, daha yaxşı olar.

2. Geyiminin təmizliyinə diqqət yetirməli, xoşagəlməyən qoxu verən corab və ya paltar geyinməməlidir.

3. Məscidə getməzdən əvvəl sarımsaq yeməməlidir.

4. Namazını həddindən artıq uca səslə qılıb başqalarına mane olmamalıdır.

5. Qadınlar kişilərlə birlikdə namaz qlılarkən onlardan ya arxada, ya da pərdə arxasında olmalıdırlar.

6. Məscidin nəcasətlə bulaşdığını gördükdə dərhal təmizləməlidir.

7. Camaat namazı başlandıqdan sonra məscidə daxil olan şəxs namazını tək qılmaq əvəzinə, camaata qoşulsa, daha yaxşı olar.

8. Quranı başqalarına mane olaraq qədər ucadan oxumamalıdır.

9. Məsciddə yatmamalı və başqaları ilə dünyəvi məsələlər barədə söhbət etməməlidir.

10. Məscidə daxil olduqda oranın işığını yandırıb ətirləyərsə, daha yaxşı olar.

11. Məscidə sağ ayaöı ilə daxil olub, oradan sol ayağı ilə çıxmalıdır.

12. Məscidə gedərkən təmiz və gözəl paltarını geyinib ətirlənməlidir.

Allah namazınızı qəbul eləsin!
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 940 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]