Şənbə günü, 2024-04-20, 1:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Hacət namazı
2013-03-14, 6:03 AM
Hacət namazı

Hacət namazı ikirükətli namazlardan ibarətdir.
Namazın niyyəti: "Allaha yaxınlaşmaq üçün cümə axşamının hacət namazını qılıram"

Həzrət Muhəmməd (s.ə.s) buyurur:" Kim cümə axşamı hacət namazını qılıb, salamlardan sonra alnını səcdəyə qoyub Allahdan hacətini dilərsə, istəyi dağların yerbəyer olması və yağışın yağması olsa belə, yerinə yetər" (Hədisdən məqsəd bütün istəkləri Allahın izni ilə yerinə yetirməkdir).

Yaxşı olar ki, namazlar arasında fasilə verilməsin və başqa birisi ilə kəlmə kəsmədən ardıcıl olaraq qılınsın.

Birinci ikirükətlik namaz.
Niyyət edərkən sonra bir dəfə "Fatihə", 11 dəfə "İxlas" surəsini oxuyub digər namazlarıda olduğu kimi iki səcdə yerinə yetirilir.
İkinci rükətdə bir dəfə "Fatihə", 21 dəfə "İxlas" surəsi oxunur. Sonra adi namazlarda olduğu kimi qnut tutulur, ruku və səcdələr yerinə yetirilir, təşəhhüd və salamlar deyilib namaz sona çatdırılır.

İkinci ikirükətli namaz.
Birinci rükətdə niyyətdən sonra 1 dəfə "Fatihə", 31 dəfə "İxlas" surəsi oxunur, ruku və səcdələr yerinə yetirilir.
İkici rükətdə "Fatihə" surəsindən sonra 41 dəfə "İxlas" surəsi oxunur. Birinci namazda olduğu kimi, bir dəfə qunut tutulur, ruku və səcdələr yerinə yetirilir. Sonda təşəhhüd və salamlar deyilib namaz sona çatdırılır.
Namazlar qılınıb qurtardıqdan sonra aşağıdakı əməllər yerinə yetirilir.
Oturaq halda 51 dəfə "İxlas" surəsi oxunur və ardınca 51 salavat zikri deyilir. Sonra səcdəyə gedilir, yüz dəfə "Ya Allah" zikri təkrarlanır və nəzərdə tutulan hacət Allahdan dilənilir.
Son səcdədə Allahdan istənilən hacət dilənə bilər. Lakin yaxşı olar ki, aşağıdakı ardıcıllığa riayət olunsun İstəklər dilə gətirildiyi zaman Allahın onları yerinə yetirəcəyinə əmin olmaq lazımdır.
1. Allahdan İman Zamanın (ə) tezliklə zühur etməsini diləmək (belə ki, hacət namazı cümə axşamı zöhr namazından sonra qılınır)
2. Başqaları barədə dua etmək (belə ki, birinin başqaları barədə etdiyi dualar Allah dərgahında daha tez qəbul olunar)
3. İnsan özü üçün arzuladığı istəkləri dilə gətirsin (və daha yaxşı olar ki, Allahdan xüyrlə nəticələnən işlər diləsin)
Diqqət yetirmək lazımdır ki, hacət namazı vacib olmayan müstəhəb namazların sırasına daxildir və insanın gündəlik vacib namazlarını qılmadan, halal-harama riayət etmədən yalnız hacət namazını qılıb Allahdan nələrisə gözləməsi sadəcə, sadəlövlük olar. Hacət namazının qəbul olunmasının əsas şərtlərindən biri də dilənilən işin həyata keçməsi istiqamətində çalışmaqdır. Və əgər Allahdan nəyisə diləyib gözlədiyimizə nail olmuruqsa, yenə də Onun istək və iradəsinə tabe olmalı, istəyimizin həyata keçməməsində bir hikmət olduğuna əmin olmalıyıq.

Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz. ("Bəqərə" 216)

Hacət namazını bu qayda ilədə qılmaq olar.

Sübh namzından əvvəl iki rükət namaz qılınır. Birinci rükətdə "Fatihə" surəsindən sonra 7 dəfə "Kafirun", ikinci rükətdə isə "fatihə" surəsindən sonra 7 dəfə "İxlas" surəsi oxunur. Namazın salamları verildikdən sonra on dəfə "Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vallahu əkbər. Və la həullə və la quvvətə illa billahil əliyil əzim", 10 dəfə "salavat" və 10 dəfə "Ya Ğiyasəl mustəğisin" (Ey çətinliklərdə olanların dadına çatan) zikri deyilir və ardınca hacətlər dilə gətirilir.
Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 2509 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]