Cümə günü, 2024-03-29, 3:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

CAMAAT NAMAZI
2013-03-13, 8:37 AM
CAMAAT NAMAZI

İlk növbədə belə nəzərə çarpır ki, namaz hər bir şəxsin axirət dünyasına və onun əbədi ne᾽mətlərinə nail olması üçün üzərinə düşən ən başlıca ibadi vəzifədir. Lakin bilmək lazımdır ki, islamda namazın cəm halda qılınmasına o qədər böyük diqqət yetirilmişdir ki, zəruri hallar istisna olunmaqla, qalan hallarda namazın cəm halda qılınmasının vacib olduğu təsəvvür edilir. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ

«Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin».

İslamın əvvəllərində baş verən bütün müharibələrdə düşmənlərin tam nəzarətdə saxlanılması və onların heç bir hərəkətini gözdən qaçırmamaq zərurətinə baxmayaraq, Peyğəmbər (s) namazların cəm halda qılınmasına xüsusi diqqət yetirərdi. Aşura günü imam Hüseyn (ə)-ın çox ağır şəraitdə hər tərəfli mühasirəyə alındığı səhnə tarixin hamıya bəlli olan səhifələrindəndir. Lakin belə bir ağır şəraitdə imam Hüseyn (ə) günorta namazını cəm halda qıldı. İmam Hüseyn (ə) və onun arxasında namaz qılanları qorumaq məqsədi ilə Səid ibni Abdullah adlı səhabə çox böyük bir fədakarlıq göstərdi və öz bədənini onlara qarşı yönələn oxların qarşısında sipər edərək şəhadət şərbətini içdi.

Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir:

«Üzürlü hallar istisna olmaqla, qalan hallarda camaatla qılınmayan namazlar [Allah dərgahında qəbul olunmaz]».

Bu hədisə istinad etməklə, fiqh alimləri öz risalələrində camaat namazına dair ayrıca fəsl ayırmış və üzürlü olmadan camaat namazlarının tərk olunmasını düzgün hesab etməmişlər.

Namazlar fərdi [ayrılıqda] qılındıqda belə, insana öz mö᾽min qardaşlarını nəzərdə tutması tövsiyə olunur.

Belə ki, gündəlik namazlarda dəfələrlə oxunan «həmd» surəsində — «Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» və həmçinin salamlarda — «Salam olsun bizə və əməli saleh şəxslərə» — cəm şəkilçisindən istifadə olunmuşdur.


Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 788 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]