Cümə axşamı, 2024-03-28, 8:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Yuxular » Yuxular

Yuxu 3 cürdür: Allahın möminə verdiyi vəd, şeytanın atdığı qorxu və qarışıq yuxular
2013-11-12, 7:38 AM
Yuxu 3 cürdür: Allahın möminə verdiyi vəd, şeytanın atdığı qorxu və qarışıq yuxular

 
Yuxu aləmi elə bir aləmdir ki, Quranda da ona işarə edilmişdir. Yuxu - Allahın varlığının və qüdrətinin nişanlərindəndir. İmam Sadiq (ə) Mufəzzil adlı şagirdinə belə buyurur: "Ey Mufəzzil! Yuxuda gördüklərinə görə düşün. Bəzən yuxular doğrudur, bəzən də əsassızdır. Nəticədə insanlar gördükləri yuxu vasitəsilə öz xeyirlərinə hidayət olarlar. Ya da mövzunun ziyanlı olmasını görüb ondan uzaqlaşarlar”. (Tebyan)
Quranda oxuyuruq: "Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır”. ("Yunus” 64). Bir nəfər bu ayədə adı çəkilən dünya və axirət müjdəsi haqqında Peyğəmbərə (s) sual verir və Həzrət (s) buyurur: "Bu müjdə, möminin yuxu aləmində gördüyü yaxşı yuxulardır və onun vasitəsilə dünyada ona müjdə verilər”.
Yuxu - elə bir aləmdir ki, bütün insanlar ora daxil olurlar və burada istisnalar yoxdur. Bu məsələdə kişi ilə qadın arasında da fərq yoxdur. Yuxu görmək çox mühüm məsələdir. İnsan hər nə qədər mənəvi, təqva, mərifət və kamal nəzərindən yüksək olarsa, gördüyü yuxuların əksər hissəsi sadiq olar.
Yuxu insanı qeyb aləmi ilə birləşdirir. İnsan yatan zaman öz maddi bədənini tərk edir və qeyb aləminə diqqət edərək, həqiqətləri müşahidə edər. Yuxuda həqiqətləri alan və qəbul edən nəfs və ruhdir.
İslam dininin nəzərinə görə, yuxu bir xəbəri çatdıra bilər. Bu xəbər bəzən bizim gözümüz, hiss orqanlarımız və idrakımız tərəfindən olur. Bəzən də ruhumuz tərəfindən.
İnsan bəzən sadiq yuxular görə bilir ki, bu yuxular onu gələcəkdən xəbərdar edir. Bu yuxular haqqında Məsumların (ə) nəzərinə müraciət edək. İmam Sadiq (ə) buyurur: "Yuxu üç cürdür: Allahın möminə verdiyi vəd, şeytanın atdığı qorxu və qarışıq yuxular”.
Həzrət Peyğəmbər (s) pis yuxulara görə nigarançılıqdan xilas olmağın yollarını belə bəyan edir: "Nə zaman sizlərdən biri yaxşı yuxu görsəniz, onu yozun. Başqalarına danışın. Əgər pis yuxu görsəniz, onu yozmayın və heç kimə də deməyin”.
Həzrət Peyğəmbərə (s) sual verirlər ki, insan niyə pis yuxular görür? Həzrət (s) buyurur: "Nə zaman Allah bəndəsinin yaxşılığını istəyər, onu yuxuda danlayar”.
Həzrət Peyğəmbərə (s) sual verirlər ki, bəs yuxunu kimə danışmaq olar? Həzrət (s) belə cavab verir: "Yuxunu həsəddən və təcavüzkarlıqdan uzaq olan mömindən başqasına danışmaq olmaz”.
 
/[url=http://deyerler.org]Deyerler.org[/url/
Category: Yuxular | Added by: Ənfal
Views: 712 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]