Cümə axşamı, 2024-04-25, 3:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Yuxular » Yuxular

Quranda Yuxu -2
2012-10-18, 1:16 AM
Quranda Yuxu -2  

    Amma bu fikirlərdən heç birisi yuxu məsələsinə razı salıcı bir cavab verə bilməmişdir. Amma bu faktorların təsirini xülasəylə rədd etmək də mümkün deyil.
    Aydın olduğu qədəriylə alimlərin, bu gün yuxu məsələsi haqqında açıq-aşkar bir görüş ifadə etməkdən aciz qalmalarına səbəb olan şey onların maddi düşüncələridir. Onlar ruhun zadəganlıq və müstəqilliyini qəbul etmədən bu mövzunu təfsir etməyə çalışmaqdadırlar. Halbuki yuxu məsələsi cismani bir hadisə olmadan əvvəl ruhani bir hadisədir. Ruhu doğru bir şəkildə tanımadan əvvəl, onu təfsir etmək və ya təyin etmək qeyri-mümkündür.

Qurana Görə Yuxunun Həqiqəti

    Qurani Kərim, Zumər surəsinin bəzi ayələrində yuxu üçün olduqca dəqiq şərhdə  tapılmışdır. Çünki söz mövzusu ayələrdə yuxunun həqiqətinin bir növ ruhun alınması və ruhun bədəndən ayrılması olduğunu ifadə etməkdədir. Əlbəttə bu ayrılış kamil bir ayrılış deyil. Bu əsas üzrə Allahın icazəsiylə ruh, bədəndən ayrılmaqda və bədən üzərində olduqca silik şüaları qalmaqdadır. Dərk və şüur sistemi işləməz hala gəlməkdədir. Beləcə insan hiss və hərəkətlərini itirir. Bu vaxt həyatının davamı üçün zəruri olan ürək atışları, qan dövranı, nəfəs borusu və bəslənmə kimi işlər davam etməkdədir. [3]

    Zumər surəsinin 42. Ayəsində yuxunun mahiyyət və həqiqəti bu şəkildə bəyan edilmişdir: 
    "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır."‌

    Bu əsas üzrə yuxu, ölümün qardaşıdır. Ölümün zəif bir şəklidir. Çünki bədən və ruh əlaqəsi yuxu əsnasında ən zəif mərhələyə çatmaqdadır. Ruh və bədənin bir çox əlaqələri qopmaqdadır. Bu səbəbdən bu ayədən bu gerçəklər əldə edilməkdədir: İnsan ruh və bədəndən ibarət olan  bir varlıqdır. Ruh maddi olmayan bir cövhərdir. Bədən məzmununda nur və həyat səbəbidir. Ölüm və yuxu əsnasında Allah, ruh və bədənlə əlaqəsini kəsir. Necə ki ölümdən sonra da ruhu, ruhlar aləminə aparılır. Amma yuxu aləmindən ruhun və bədənin əlaqəsinin qopması tamamilə reallaşmamaqdadır. Bu əsas üzrə ruh bədənə nisbətlə üç halətə malikdir:

1- Həyat və oyanıqlıq haləti olan tam bir əlaqə.

2- Yuxu haləti olan nöqsanlı bir əlaqə

3- Ölüm haləti olan tam bir əlaqəsizlik

    Yuxu ölümün zəif bir çöhrəsidir. Ölüm, isə yuxunun kamil bir nümunəsidir. Yuxu ruhun zadəganlıq və istiqlal sahibi olduğunun dəlillərindən biridir. Xüsusilə doğru yuxu əsnasında bu məna daha da bir açıqlığa qovuşmaqdadır.

    Bəzi ruhlar yuxu aləmində bədənlə əlaqələri zəifləməkdə, bəzən bu əlaqə tamamilə kəsilir. Belə ki sahibləri əsla bir daha oyanmırlar. Amma digər ruhlar, ilahi əmr gəlib çatana qədər yuxu və oyanıqlıq halında hərəkət edirlər. İnsanın bütün gecəni ölüm yoldaşlığında yuxuda keçirməsi, həqiqətən də görənlər üçün ibrət verici bir dərsdir.  



[3] Təfsiri Nümunə, 19/482

Category: Yuxular | Added by: Ənfal
Views: 2976 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]