Cümə günü, 2024-04-19, 9:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ziyarəti bidət sayan cahil, necə hidayət oldu
2013-10-22, 8:27 AM
Ziyarəti bidət sayan cahil, necə hidayət oldu

 Mərhum Əllamə Məclisi Əhli-beyt (ə) haqqında maraqlı hədislərin ravisi və toplayanı idi. Onun nəql etdiyi əhvalatlar içərisində Süleyman Əməş adlı Əhli-beyt (ə) aliminin adı çəkilir və həmin alim belə nəql edir: "Mən Kufəliyəm. Çox sayda qonşularım var idi ki, onlara gedib-gəlir və oturub-dururdum. Cümə axşamı qonşulardan birinin evinə getdim və dedim: "İmam Hüseynin (ə) ziyarət edilməsinə görə rəyin nədir?” Dedi: "Ziyarət bidətdir və dini hökmlərə ziddir. Hər bidət yolunu azmaqdır və hər yolunu azmış da atəşdədir”. Süleyman deyir: "Baxmayaraq ki, bütün bədənim əsəbdən titrəyirdi, öz-özümə dedim ki, səhər onun yanına gedəcəyəm və Həzrət İmam Hüseynin (ə) fəziləti haqqında danışacağam. Əgər cahiliyyətində israr etsə, onu cəzalandıracağam. Səhər açılan kimi onun evinə tərəf tələsdim, onun qapısını döydün və adı ilə çağırmağa başladım. Həyat yoldaşı qapıya çıxıb dedi: "O gecə yarısı İmam Hüseyni (ə) ziyarət etmək qəsdi ilə Kərbəlaya getmişdir”.
Mən də onun dalınca Kərbəlaya getdim. İmam Hüseynin (ə) hərəminə daxil olanda qonşumu səcdə halında Allaha tövbə edib, yalvaran halda gördüm. Uzun müddətdən sonra başını səcdədən qaldırdı və məni qarşında gördü. Dedim: "Axi sən bu gecə mənə deyirdin ki, Həzrət İmam Hüseyni (ə) ziyarət etmək bidətdir. Amma indi bura gəlmisən və Həzrəti (ə) ziyarət edirsən?”. Deyir: "Süleyman! Məni danlama! Mən elə bir insan idim ki, Əhli-beyti (ə), vilayəti və İmaməti qəbul etmirdim. O zamana qədər ki, gecə oldu və mən elə bir yuxu gördüm ki, heyrətlənib, dəhşətə gəldim”. Ona dedim: "Nə gördün ki?”. Dedi: "Əzəmətli bir insanı gördüm ki, orta boyda idi, nə uzun idi və nə də qısa. Camal və cəlalını təsvir etməkdə acizəm. Ətrafında olan insanlarla sürətlə hərəkət edirdi. Qarşısında bir atlı gedirdi ki, başında tac vardı. Tacın dörd küncü vardı. Hər küncündə bir gövhər vardı ki, üç gün uzunluğundakı məsafəyə nur saçardı. O Həzrətin xidmətçilərindən birindən soruşdum: "Bu kimdir?” Dedilər: "Muhəmməd Mustafa (s)!”. Dedim: "Bəs o birisi kimdir?”. Dedilər: "Rəsulallahın canişini Əli Murtəza (ə)!”. Sonra gözünü o mələkut aləminə dikdim və birdən bir nurun saçdığını gördüm. Orada iki qadın var idi. Dəvənin üstündə səma ilə yer arasında uçurdular. Dedim: "Bu dəvə kimindir?”. Dedilər: "Xədicə Kubra (s.ə) və Fatimeyi-Zəhranın (s.ə)”. Dedim: "Bu cavan kimdir?”. Dedilər: "Həsən ibni Əli”. Soruşdum: "Bu insanlar hara gedirlər?”. Hamı dedi: "Zülmlə qətlə yetirilmiş Kərbəla şəhidi Hüseyn ibni Əli Murtəzanın (ə) ziyarətinə gedirlər”. Mən Həzrət Fatimənin olduğu kəcavəyə tərəf getdim və birdən göydən yerə tökülən vərəqləri gördüm.
Soruşdum: "Bu vərəqlər nədir?”. Dedilər: "Bu cümə günü İmam Hüseyni (ə) ziyarət edən zəvvarların cəhənnəm atəşindən xilas olmaqlarına aid vərəqdir”. Mən də amannamə istədim. Mənə dedi: "Məgər sən demirsən ki, Hüseyni ziyarət etmək bidətdir. Bu amannamə sənə çatmır. Məgər o halda ki, Hüseyni ziyarət edəsən və fəzilətinə etiqad bəsləyəsən”.
Qorxu içində yuxudan ayıldım. Elə həmin vaxt İmam Hüseyni (ə) ziyarət etməyi niyyət etdim. İndi Allaha tövbə etdim. Ey Süleyman! Allaha and olsun ki, ruhum bədənimdən çıxmayınca qəbirindən ayrılmayacağam”.
Hacı Əli Bağdadi İmam Zaman ağa ilə (ə.f) görüşən zaman ondan soruşmuşdu ki, bu hədis düzgün hədisdirmi? Həzrət (ə.f) buyurmuşdu ki, bəli, düzgün və kamildir.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 806 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]